Azərbaycanın "Eurovision-2012" təmsilçisi Səbinə Babayevanın ilk məşqi

Azərbaycanın "Eurovision-2012" təmsilçisi Səbinə Babayeva "Baku Crystal Hall" səhnəsində ilk məşqini keçirmişdir.
APA-nın məlumatına görə, təmsilçimiz səhnəyə Azərbaycanın dünya şöhrətli muğam ifaçısı, xalq artisti Alim Qasımovla birgə çıxmışdır. "When the Music Dies" mahnısını oxuyan Səbinənin çıxışına Alim Qasımovun muğam ifası xüsusi ovqat qatmışdır.
Məşq prosesindən məlum olub ki, S.Babayeva "Eurovision-2012" səhnəsində şou ənənələrini, incəsənətin və texnologiyaların sintezini təqdim edəcək.Bugünkü məşqdə Səbinə öz səhnə paltarını təqdim edən tək ifaçı olmuşdur. Səbinə Babayeva mayın 26-da "Baku Crystal Hall" səhnəsinə ağ rəngli səhnə geyimi ilə çıxacaq.
Çıxışın quruluşçusu Lars Betkenin bildirdiyinə görə, S. Babayevanın paltarından və səhnədən "When the Music Dies" mahnısının hekayətindən bəhs etmək üçün istifadə olunacaq.
Qeyd edək ki, bugünkü məşqdə Səbinə Babayevanı Alim Qasımovla yanaşı, üç vokalçı müşayiət etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında