"Euroclub"da "Eurovision-2012" mahnı müsabiqəsinin rəsmi açılışı olmuşdur

Mayın 19-da "Euroclub"da "Eurovision-2012" mahnı müsabiqəsinin rəsmi açılış mərasimi keçirilmişdir. 
Mahnı müsabiqəsinin iştirakçıları əvvəlcə ənənəvi olaraq fanatların alqışları altında qırmızı xalı üzərindən keçərək zala daxil oldular.
Açılış mərasimi atəşfəşanlıqla müşayiət olundu.
Rəsmi açılışda "Eurovision" mahnı müsabiqəsinin təşkilat komitəsinin rəhbəri Yan Ola Sand müsabiqə iştirakçılarına uğurlar arzuladı.
Sonra birinci olaraq "Eurovision-2011" müsabiqəsinin qalibləri Eldar və Nigar "Running scare" mahnısını ifa etdilər. Səhnəyə, həmçinin müsabiqənin norveçli qalibi Aleksandr Rıbak çıxdı.
Gecədə müsabiqə iştirakçıları, məşhur diceylər konsert proqramları ilə çıxış etdilər. Müxtəlif ölkələrin təmsilçiləri öz repertuarlarından mahnılar səsləndirdilər.
Rəsmi açılış mərasimində nümayəndə heyətlərinin üzvləri, fanatlar və akkreditasiyadan keçmiş jurnalistlər iştirak etdilər.
"Eurovision-2012"nin rəsmi açılışının keçirildiyi Bakı İdman Sarayında yerləşən "Euroclub" müsabiqə iştirakçıları üçün yaradılan xüsusi bir məkandır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında