Dahi rus şairinə ehtiram

Dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 211-ci ildönümü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və "Sodrujestvo" cəmiyyətinin birgə təşkilatçılığı ilə anım mərasimi keçirildi. Şairin Bakıdakı abidəsi önünə toplaşanlar onun həyat və yaradıcılığından, öz əsərləri ilə dünya ədəbiyyatında əbədi iz qoymasından söhbət açdılar.
Öncə şəhərimizin məsrkəzində A.S.Puşkinin ümummilli lider Heydər Əliyevin iştirakı ilə 2001-ci ildə açılmış heykəli önunə tədbir iştirakçıları adından gül dəstələri və tər çiçəklər qoyuldu.
Səbail rayon ictimaiyyətinin, müxtəlif xalqların mədəni mərkəzlərinin, ali və orta məktəblərin nümayəndələrinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilən toplantını giriş sözü ilə "Sodrujestvo" cəmiyyətinin sədri Tatyana Kərimova açaraq belə bir tədbirin keçirilməsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələri gücləndirildiyini vurğuladı.
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, xalq yazıçısı Çingiz Abdullayev iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində ədəbi-bədii, mədəni-kütləvi tədbirlərin rolunun əvəzsiz olduğunu bildirdilər. Çıxışlarda qeyd edildi ki, rus ədəbiyyatının formalaşması və inkişafında misilsiz xidmətləri olmuş A.S.Puşkini təkcə rus xalqı deyil, dünyanın bütün xalqları sevir. Onun çoxsaylı əsərləri bir çox xalqların dillərinə tərcümə olunmuş, yaradıcılığında rus xalqının arzuları, zəkası və yaradıcılıq qüdrəti öz parlaq ifadəsini tapmışdır.
Puşkinin əsərlərini görkəmli Azərbaycan şair və yazıçılarından Məmməd Səid Ordubadi, S.Vurğun, Məmməd Rahim, Mikayıl Müşfiq, Nigar Rəfibəyli, Süleyman Rustəm və başqaları dilimizə tərcümə etmişlər. Puşkinin Azərbaycanda sevilməsində bu tərcümələrin böyük rolu olmuşdur.
Tədbirdə Səbail məktəblərinin şagirdləri ölməz şairin şerlərini Azərbaycan və rus dillərində səsləndirdilər.

{nl}

R.TAHİR, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında