Almaniyanın eurovision.de internet portalında "Odlar yurduna aparan yol" sərlövhəli material dərc edilmişdir

Möhtəşəm bir mədəni tədbirə - "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi edən Azərbaycan, onun paytaxtı və regionları haqqında Almaniya mətbuatında geniş materiallar dərc edilir. Belə materiallardan biri də Almaniyanın eurovision.de internet portalında verilmiş Dr. İrving Volterin "Odlar yurdundan keçən yol" sərlövhəli məqaləsidir. AzərTAc həmin materialın xülasəsini təqdim edir. 
Məqalədə Azərbaycanın təkcə paytaxtında deyil, eyni zamanda, iqtisadi cəhətdən dinamik inkişaf edən regionlarında aparılan genişmiqyaslı yenidənqurma və abadlıq işlərindən söz açılır. Bildirilir ki, Azərbaycanda neft sənayesinin inkişafı ilə yanaşı, qeyri-neft sektorunun, xüsusilə turizm, yol-nəqliyyat infrastrukturunun inkişafına, yenidən qurulmasına böyük əhəmiyyət verilir. Dr. Irving Volter Azərbaycanın regionlarında yolların yenidən qurulmasının turizm sektorunun inkişafında həlledici rol oynayacağını qeyd edir. Müəllif yazır ki, Odlar Yurdunda iqtisadiyyatın şaxələndirilməsi, neft sektorundan əldə edilən gəlirlərin iqtisadiyyatın başqa sahələrinə yatırılması məntiqi baxımdan düşünülmüş bir siyasətdir.
Azərbaycanın qədim tarixi şəhəri olan Şamaxıda yolüstü olduğunu xatırladan almaniyalı qonaq burada aparılan abadlıq işlərindən, həyata keçirilən pilot layihələrdən söz açır, alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə başlandığını, Şamaxıda bioqazla və günəş enerjisi qurğularının tikintisi ilə əlaqədar həyata keçirilən layihələr barədə ətraflı məlumat verir.
Daha sonra Azərbaycanın Gəncə şəhərində olduğunu qeyd edən almaniyalı müəllif burada da aparılan genişmiqyaslı quruculuq işləri, dahi Nizaminin məqbərəsi, alüminium zavodu barədə təəssüratlarını bölüşür, ölkənin ikinci ən hündür bayraq dirəyinin bu şəhərdə olduğunu nəzərə çatdırır.
Müəllif, eyni zamanda, Gəncə şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş mədəni tədbirlərdən, burada "Eurovision-2012" mahnı müsabiqəsinin ictimaiyyət tərəfindən izlənməsi üçün quraşdırılmış böyük monitordan söhbət açır.
Gəncədən Gürcüstana yola düşən qonaq Azərbaycanın bu qonşu ölkə ilə həmsərhəd olan regionlarının təbiətinə, burada aparılan quruculuq işlərinə valeh olduğunu bildirir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında