Qarabağ atları Böyük Britaniyadakı Vindzor qəsrinin ərazisində keçirilən "The Diamond Jubilee Pageant" adlı təntənəli at şousunda nümayiş olunmuşdur

Böyük Britaniya Kraliçası II Elizabetin taxta çıxmasının 60 illik yubileyi ilə bağlı keçirilən tədbirlər çərçivəsində mayın 10-dan 13-dək Böyük Britaniya krallarının rəsmi iqamətgahlarından olan tarixi Vindzor qəsrinin ərazisində "The Diamond Jubilee Pageant" adlı təntənəli at şousu keçirilmişdir.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bildirmişlər ki, şouda dünyanın bir sıra ölkələri ilə yanaşı, Azərbaycan nümayəndə heyəti də iştirak etmişdir. Təntənəli şouda təxminən 1.200 nəfər və 550-dən çox at iştirak etmiş, şou "The Times", "The Daily Mail" kimi aparıcı qəzetlərdə geniş işıqlandırılmışdır.
Ölkəmiz sözügedən şouda Azərbaycan Respublikası Atçılıq Federasiyası, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə iştirak etmişdir. Azərbaycandan gələn nümayəndə heyəti Azərbaycan Respublikası Atçılıq Federasiyasının, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrindən və Azərbaycan Dövlət Rəqs Ansamblının üzvlərindən ibarət olmuşdur. Azərbaycanın Qarabağ atlarının və Dövlət Rəqs Ansamblının yüksək səviyyəli çıxışları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış və alqışlanmışdır.
Tədbir çərçivəsində Avropa-Azərbaycan Cəmiyyəti tərəfindən yaradılmış və Azərbaycanın zəngin mədəniyyətini, qədim tarixini, müasir inkişafını və milli atçılığın nailiyyətlərini əks etdirən xüsusi guşə şou iştirakçılarının marağına səbəb olmuş, xanəndə Rəvanə Ərəbovanın ifasında milli musiqi parçaları böyük rəğbətlə dinlənilmişdir.
Mayın 11-də Böyük Britaniya Kraliçası II Elizabet tədbirdə iştirak edən ölkələrin təmsilçilərini öz iqamətgahında - Vindzor qəsrində qəbul etmişdir. Bu münasibətlə təşkil olunmuş ziyafətdə Azərbaycandan gələn nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, eləcə də səfir Fəxrəddin Qurbanov və Avropa-Azərbaycan Cəmiyyətinin sədri Taleh Heydərov iştirak etmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında