Bakıda "EuroClub"un rəsmi açılışı olub

Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision-2012" mahnı müsabiqəsinin "EuroClub"unun açılış mərasimi keçirimişdir.
APA-nın məlumatına görə, açılış mərasimində 57-ci "Eurovision" müsabiqəsində iştirak edən ölkələrin nümayəndə heyətləri, tanınmış simalar iştirak ediblər. Gecədə müxtəlif illərin, eləcə də builki "Eurovision"un hitləri səsləndirilib. Səhər saatlarına qədər davam edən mərasimdə Azərbaycana gəlmiş xarici jurnalistlər, fanlar əyləniblər.
Qeyd edək ki, Bakı "EuroClub"u sahəsi və texniki avadanlıqlar baxımından son illərin "EuroClub"larından fərqlənir. Burada mayın 19-da "Eurovision-2012"-nin rəsmi açılış mərasimi keçiriləcək.
Mayın 22-də və 24-də keçiriləcək yarımfinal, eləcə də mayın 26-da keçiriləcək final mərhələsindən sonra isə burada mərasimlər təşkil olunacaq.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında