Mariya Şerifoviç, Dima Bilan, Aleksandr Rıbak, Lena, Eldar və Nigar mayın 24-də "Baku Crystal Hall"da çıxış edəcəklər

"Eurovision - 2012" mahnı müsabiqəsinin yarımfinalları və finalındakı açılış və interval aktlarının məşqləri aparılır. Müsabiqənin builki təmsilçilərinin rəngarəng və bir-birindən fərqlənən performansları ilə yanaşı, milyonlarla izləyiciyə açılış və interval aktlarında sürpriz dolu şoular təqdim ediləcək.
APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, açılış və interval aktları səhnə tərtibatı, ssenarisi və şouda çıxış edəcək müğənniləri ilə seçiləcək. Bu şoular üçün son 5 ilin "Eurovision" qalibləri Bakıya toplaşacaq. Mariya Şerifoviç, Dima Bilan, Aleksandr Rıbak, Lena, Eldar və Nigar mayın 24-də keçiriləcək ikinci yarımfinalın interval aktında "Baku Crystal Hall"da çıxış edəcəklər.
Xatırladaq ki, yarımfinallar mayın 22-də və 24-də, final isə mayın 26-da keçiriləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında