"Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıq işləri başa çatmaqdadır

Artıq Bakıda keçiriləcək "Eurovision - 2012" mahnı müsabiqəsinin başlamasına çox az müddət qalmışdır. Müsabiqənin keçiriləcəyi konsert zalı və jurnalistlərin çalışacağı mətbuat mərkəzi artıq hazırdır.
"Baku Crystal Hall"da ilk məşğələlərə mayın 21-də start veriləcəkdir. Artıq konsert zalı yarışma üçün hazır vəziyyətdədir.
"Eurovision" mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand yarışmaya hazırlıq işlərinin çox yüksək səviyyədə aparıldığını demişdir. Bildirmişdir ki, artıq səhnə və işıqlar quraşdırılmışdır.
Şounun yaddaqalan və gözəl olacağını deyən müsabiqə rəsmisi arenada səhnəarxası, qarderoblar və digər bölümlərlə tanış olmuşdur.
Hazırlıqlar və şounun konsepsiyasına gəldikdə isə, Yan Ola Sand qonaqları çox gözəl və həyəcanverici bir şounun gözlədiyini demişdir. O, bütün işlərin cədvələ uyğun aparıldığını bildirmişdir. Eyni zamanda, jurnalistlərin çalışacağı Mətbuat Mərkəzi ilə tanışlığından da söz açmışdır.
"Baku Crystal Hall"ın yanında inşa olunan Mətbuat Mərkəzinin sahəsi 5 min kvadratmetrdir. Mərkəz televiziya ekranı ilə təchiz olunacaq və bununla da media nümayəndələri məşqləri, mətbuat konfranslarını və şounu birbaşa izləyə biləcəklər. Mərkəzdə 500 nəfərlik konfrans zalı da yerləşir, Burada eyni vaxtda 60 operatorun çəkiliş aparmaq imkanı olacaqdır. Radio müxbirləri isə saundboks ilə işləyə biləcəklər.
Mərkəz mətbuat konfransları, fotosessiyalar, yarımfinaldan sonra keçiriləcək püşkatmalar, qalibin mətbuat konfransı üçün nəzərdə tutulmuşdur. Əvvəlki illərdə olduğu kimi, nümayəndə heyətləri birinci məşqdən sonra mətbuatla görüşün formatını özləri seçəcəklər. Bu, ya təkbətək müsahibə, ya da pərəstişkarlarla görüş formasında olacaqdır. İkinci məşqdən sonra bütün ölkələr mətbuat konfransı keçirəcəklər. İş zonasında bir neçə otaq mövcuddur ki, orada müsahibə almaq və ya çəkiliş aparmaq mümkün olacaqdır.
Mətbuat Mərkəzində həmçinin 175 yerlik kafe, 14 kabinədən ibarət istirahət zonası da fəaliyyət göstərəcəkdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında