"Step İn"ə iyirmi gün ərzində 20 min gənc qoşulmuşdur

"Eurovision-2012" mahnı müsabiqəsinə dəstək məqsədilə yaradılmış "Step İn" təşəbbüs qrupunun "facebook" sosial şəbəkəsində rəsmi səhifəsinin (www.facebook.com/stepin.az) üzvlərinin sayı iyirmi gün ərzində 20 min nəfəri ötmüşdür.
AzərTAc "facebook" sosial şəbəkəsinin rəsmi statistik göstəricilərinə istinadla xəbər verir ki, səhifədə fəal gənclərin sayı 8 min 693 nəfərdir. Qrupun rəsmi səhifəsi gənclərlə fəal ünsiyyətdə olmaq, onların ideyalarını, təkliflərini dəyərləndirmək, həmçinin təşkil olunan aksiyaları gənclərin nəzərinə çatdırmaq məqsədilə yaradılmışdır. Səhifə vasitəsilə gənclərə "Eurovision-2012"yə gənclərin dəstəyini özündə əks etdirən aksiyalar haqqında məlumat verilir, həmçinin müxtəlif müsabiqələr keçirilməklə gənclərin fəallaşması və təşəbbüs göstərərək qiymətli hədiyyələr qazanması üçün imkan yaradılır.
Artıq qrupun səhifəsində "Step İn Live" videoçarx müsabiqəsi (https://www.facebook.com/events/169798546476490/), "Step İn Book" (https://www.facebook.com/events/212859142158473/) aksiyalarını gənclərə təqdim etmiş və həmin tədbirlər gənclər tərəfindən böyük maraqla qarşılanmışdır.
"Setp In Book"un fəal iştirakçılarından olan Fərdi Rəhimli aksiyanın gənclərin kitaba olan marağını artırdığını bildirərək qeyd edir ki, bu qrup gənclərin hər hansı bir aksiyada, layihədə iştirak etməyə həvəsləndirir, onları fəal olmağa səsləyir. Əslində bu cür aksiyalar əsl Azərbaycan gəncini başqa ölkələrə tanıtmağa şərait yaradır.
"Step In!" (www.facebook.com/stepin.az) - "Eurovision-2012" ətrafında gənclərin ideyalarının reallaşdırılması məqsədilə yaradılmış gənclərin təşəbbüs qrupudur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında