Sumqayıtda görkəmli ədəbiyyatşünas alim Mircəlal Paşayevin anadan olmasının 104 illiyinə həsr edilmiş tədbir keçirilmişdir

Aprelin 25-də Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında görkəmli ədəbiyyatşünas alim, yazıçı Mircəlal Paşayevin anadan olmasının 104 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. Onun xatirə günü üçün hazırlanmış ədəbi-bədii kompozisiya böyük pedaqoqun obrazını daha tam şəkildə açmış, yazıçının ədəbi yaradıcılığının səciyyəvi xüsusiyyətlərini dərk etməyə kömək göstərmişdir. Təqdim olunmuş proqram tədbir iştirakçılarının Mircəlal Paşayevin təmiz, ilhamlı və tam sağlam baxışlı aləmi ilə tanış olmasına imkan vermişdir.
Kinoxronika kadrları Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında əvəzsiz xidmətləri olan xeyirxah insan, görkəmli alim Mircəlal Paşayevin şanlı həyat səhifələrini canlandırmışdır. Teatrın aktyoru Qabil Xanlarovun ifasında səhnədə görkəmli nasir, müəllim, alim, Azərbaycan cəmiyyətinin layiqli üzvlərini tərbiyə etmiş gözəl ailə başçısının obrazı canlandırılmışdır.
Mircəlal ədəbiyyat aləminə öz şeirləri, sonra isə oçerk və hekayələri ilə gəlmiş, müəyyən vaxtdan sonra orijinal yaradıcılıq üslubuna malik yazıçı kimi tanınmışdır. Səhnədə Əməkdar artist Namis Şirməmmədov Hüseyn Cavidin, Əməkdar artist Nizaməddin Bağırov Məhəmməd Füzulinin obrazlarını yaratmışlar. Mircəlal öz namizədlik dissertasiyasını dahi Füzulinin yaradıcılığının tədqiqinə həsr etmişdir. Mircəlalın inqilabdan əvvəl sadə xalqın vətəndaş şüurunun formalaşmasını əks etdirən "Bir gəncin manifesti" romanından, real həyat mənzərələrini və fəlsəfi düşüncələri əks etdirən "İclas qurusu" və "Anket Anketov" hekayələrindən parçalar bu gün də çox aktualdır. Yazıçının yaratdığı əsərlər bütöv bir dövrün mənzərəsini əks etdirir.
Tədbirin hər bir iştirakçısı obrazlar qalereyasına nəzər salaraq Mircəlalı həyat həqiqətinə sadiq bir insan və peşəkar kimi tanımışdır. O, həqiqət və səmimilik carçısı olmuş, ideoloji konyunkturanın arxasınca getməmiş, yalnız öz vicdanının səsinə qulaq asaraq yazmışdır.
Tədbirdə Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin deputatı Hacı Salayev və başqaları iştirak etmişlər.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında