Bakıda özbək rəssamının sərgisi keçirildi

Özbəkistanla Azərbaycan arasında mədəni əlaqələr ildən-ilə genişlənməkdədir. Azərbaycan Milli İncəsənət Muzeyində Özbəkistanın xalq rəssamı, Özbəkistan Rəssamlıq Akademiyasının sədri akademik Akmal Nurun rəngkarlıq əsərlərindən ibarət sərginin keçirilməsi də bu əlaqələrin yeni nümunəsidir.
Sərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu, Özbəkistan Mədəniyyət və İncəsənət Forumu Fondu, Özbəkistan Rəssamlıq Akademiyası, Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə təşkil olunmuşdur.
Məlumat üçün bildirək ki, Akmal Nur 1959-cu ildə Özbəkistanın Namangan şəhərində anadan olmuş, 1984-cü ildə Daşkənd Dövlət Teatr və Rəssamlıq İnstitutunu bitirmişdir. 1987-2011-ci illərdə Rusiya, ABŞ, Mərakeş, Hollandiya, Hindistan, Almaniya, Türkiyə, Çin və s. ölkələrdə keçirilmiş fərdi və kollektiv sərgilərin iştirakçısıdır. 1997-ci ildə Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilmiş, 2011-ci ildə incəsənət və ədəbiyyat sahəsində Özbəkistanın Dövlət mükafatına layiq görülmüşdür.
Rəssam özü sərgini belə adlandırır: "Mən məhəbbət dininə etiqad edirəm". Sərgidə rəssamın son beş ildə yaratdığı 40-dan çox əsər nümayiş etdirilmişdir. A.Nurun işlərinin kataloqu AMEA Memarlıq və İncəsənət İnstitutunun www.mii.az saytının "Nəşrlər" bölməsində yerləşdirilmişdir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında