Roma şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi ucaldılacaqdır

"Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən, ədibin yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində yaxın vaxtlarda İtaliyanın Roma şəhərindəki məşhur "Villa Borghese" parkında böyük söz ustasının abidəsi ucaldılacaqdır. 
Hazırda Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycanın İtaliyadakı səfirliyinin yaxından iştirakı ilə abidənin ucaldılması istiqamətində zəruri işlər həyata keçirilir.
Abidənin müəllifləri xalq rəssamı Salxab Məmmədov və əməkdar rəssam Əli İbadullayevdir. Layihə Roma şəhər meriyasının Tarix və İncəsənət Komissiyası tərəfindən də təsdiqlənmişdir.
Mədəniyyət və Turizm Nazirliyindən bildirmişlər ki, paytaxt Romada Nizami Gəncəvinin heykəlinin ucaldılması Azərbaycan-İtaliya siyasi və mədəni əməkdaşlığının inkişafına veriləcək növbəti töhfə olmaqla bərabər, dünya ədəbi-bədii və fəlsəfi fikir xəzinəsinə əvəzsiz incilər bəxş etmiş dahi Azərbaycan şairi və mütəfəkkirinin xatirəsinə göstərilən ehtiramın rəmzinə çevriləcəkdir.
Abidə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrası, Nizami Gəncəvinin xatirəsinin əbədiləşdirilməsi, onun bədii irsinin və klassik ədəbiyyatımızın dünya miqyasında təbliği məqsədi ilə ucaldılır.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında