Azərbaycan Tbilisidə keçirilən "Caucasus Tourism Fair 2012" beynəlxalq turizm sərgisində iştirak edir

Tbilisi şəhərində keçirilən "Caucasus Tourism Fair 2012" beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və "Geo Travel", "Gilan Tourism", "Ata Travel", "Granit AS Travel", "Millennium Tourism and Congress DMC" şirkətləri təmsil olunur. Bu barədə nazirliyin rəsmi saytı (mct.gov.az) məlumat yayıb.
Qeyd olunan sərgi Nazirliyin 2012-ci ildə iştirak etdiyi on birinci beynəlxalq turizm sərgisidir. Sərgidə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 20 kv.m sahə icarəyə götürülmüş və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunmuşdur.
Qeyd etmək lazımdır ki, Azərbaycan ikinci dəfədir ki, "Caucasus Tourism Fair" beynəlxalq turizm sərgisində iştirak edir, bununla yanaşı adıçəkilən tədbirdə 200-ə yaxın xarici şirkət təmsil olunur.
İlin sonuna kimi ölkəmiz bir neçə beynəlxalq turizm sərgisində də iştirak edəcək.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında