Emin Ağalarov "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsində xüsusi dəvət edilmiş qonaq kimi iştirak edəcəkdir

Tanınmış Azərbaycan müğənnisi və bəstəkarı Emin Ağalarov (EMİN) Bakıda keçiriləcək "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsində xüsusi dəvət edilmiş qonaq kimi iştirak edəcəkdir. 
Emin Ağalarov bildirmişdir ki, o, bu dəvəti böyük məmnuniyyətlə qəbul etmişdir. Müğənni etiraf etmişdir ki, böyük məsuliyyətin ağırlığını hiss edir, çünki "Eurovision" müsabiqəsi onun tarixi vətənində, doğma Azərbaycanda keçiriləcəkdir.
E.Ağalarov demişdir: "Əlbəttə, müsabiqəyə bir iştirakçı kimi deyil, xüsusi dəvət edilmiş qonaq qismində qatılsam da, hər halda tamaşaçılar üçün öz ölkəmin təmsilçisi olacağam. Heç şübhəsiz, yaddaqalan, baxımlı, milli koloritli, eyni zamanda çox parlaq və müasir bir nömrə hazırlamaq istəyirəm. Bu, böyük bir məsuliyyətdir. Əlbəttə, buna ciddi hazırlaşıram və ümidvaram ki, mənim çıxış edəcəyimi eşidib sevinən insanları məyus etməyəcəyəm".
E. Ağalarov "Rusiya mədəniyyətinin də bir nümayəndəsi kimi "Buranovskiye babuşki" qrupunu dəstəkləyəcəkmi?" sualına aydınlıq gətirərək demişdir ki, dəstəkləyəcəkdir, lakin təbii ki, Azərbaycanın iştirakçısı Səbinə Babayevadan sonra.
E.Ağalarov demişdir: "Biz onların Bakıya səfərini dəstəkləyirik. Azərbaycanın iştirakçısına gəldikdə isə Azərbaycan çox düzgün seçim etmişdir. Səbinə qalan bütün iştirakçıların fonunda həm gənc, həm istedadlı, həm də gözəldir. Onun yaxşı səsi var və çox gözəl oxuyur. Zənnimcə, onun qələbə qazanmaq üçün hər cür şansı vardır. Mənim birinci favoritim Səbinədir. Böyük Britaniyadan olan iştirakçı Hamperdinkə isə uşaqlıqdan rəğbət bəsləyirəm".
Emin hitləri radiostansiyaların reytinqlərini alt-üst edən Böyük Britaniyada populyarlığının sirri barədə suala cavabında demişdir: "Bu, sadəcə uğurdur. Bunu izah etmək mənim üçün çətindir, hərçənd çoxdan musiqi ilə məşğulam və mahnı bəstələyirəm. Əgər onlardan hansısa sinqlə çevrilirsə, deməli, bu mənim şəxsi xidmətim və uğurumdur".

{nl}

Asya Hacızadə AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında