"Eurovision" rəhbərləri Azərbaycan təmsilçisi Səbinə Babayevanın şansını yüksək dəyərləndirirlər

"Eurovision" mahnı müsabiqəsinin rəhbərləri Azərbaycan təmsilçisi Səbinə Babayevanın yarışmadakı şansını dəyərləndiriblər.
APA-nın "eurovision.az" saytına istinadən yaydığı xəbərə görə, müsabiqənin icraçı rəhbəri Yan Ola Sand və təşkilati işlər üzrə rəhbəri Sietse Bakker Bakıda keçiriləcək 57-ci "Eurovision" müsabiqəsindəki Azərbaycan təmsilçisi və onun mahnısının çox güclü olduğunu vurğulamışlar.
Y.O.Sand Azərbaycanın "Eurovision-2012"də çox yaxşı nəticə əldə edəcəyinə inanır: "Birbaşa finala vəsiqəniz var. Bu da çox yaxşıdır. Çünki siz finala keçmək uğrunda mübarizə aparmayacaqsınız. Buna görə də bir qədər rahat ola bilərsiniz. Builki mahnınız da çox güclüdür".
S.Bakker isə "Azərbaycan bu il də öz çıxışı ilə fəxr edə bilər", - demişdir. Azərbaycanın milli seçimləri zamanı Bakıda olduğunu söyləyən S. Bakker, Səbinə Babayevanın çıxışını yaxşı xatırladığını bildirmişdir: "O, gözəl oxuyur. Düşünürəm ki, əvvəlki illərdə olduğu kimi, Azərbaycan yenə də öz mahnısı ilə fəxr edə bilər".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında