Qətərdə Azərbaycan Mədəniyyət Günləri keçirilir

Qətər dövləti ilə Azərbaycan arasında mədəni əlaqələr genişlənməkdədir. Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi bu əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynayır. Qətərdə bu il may ayının 31-dən iyunun 4-dək keçirilən Azərbaycan Mədəniyyət Günləri bu əlaqələrə yeni töhfədir. Azərbaycandan 150 nəfərlik nümayəndə heyəti artıq Qətərdədir.
Nümayəndə heyətinə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev başçılıq edir. Mədəniyyət Günlərinin zəngin proqramı var. Qətər tamaşaçılarına Qədim Musiqi Alətləri Ansamblının, Dövlət Rəqs Ansamblının çıxışları, Azərbaycan Opera və Balet Teatrının incisi sayılan "Leyli və Məcnun" operası təqdim olunacaq.
Qətər dövlətinin paytaxtı Doha şəhərində Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə geniş konsert təşkil olunacaq, Azərbaycan rəssamlarının 40-a yaxın əsəri, xalq tətbiqi-dekorativ sənət nümunələrindən xalçalar, mis qablar, milli geyimlər nümayiş etdiriləcək.
Xatırladaq ki, ötən ilin iyununda Azərbaycanda Qətər dövlətinin Mədəniyyət Günləri keçirilmişdi.
Qarşılıqlı mədəniyyət mübadiləsi bundan sonra da davam edəcək.
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında