Valentina MATVİYENKO: "Eurovision" mahnı müsabiqəsi Azərbaycanın beynəlxalq səviyyədə təmsil edilməsi üçün daha bir fürsət olacaqdır

RF Federasiya Şurasının mətbuat mərkəzindən AzərTAc-a verilən məlumata görə, RF Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko Qazaxıstanda MDB Parlamentlərarası Assambleyası Şurasının iclası çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovla görüşmüşdür.
Görüşdə Rusiya-Azərbaycan parlamentlərarası və dövlətlərarası əməkdaşlığına dair müxtəlif məsələlər, o cümlədən RF Federasiya Şurası sədrinin Bakıya qarşıdakı işgüzar səfəri ilə bağlı məsələlər müzakirə edilmişdir.
V.Matviyenko Azərbaycan Parlamentinin üzvlərinin MDB Parlamentlərarası Assambleyasında fəaliyyətini, onların Rusiyadan və digər ölkələrdən olan həmkarları ilə konstruktiv əməkdaşlığını yüksək qiymətləndirərək demişdir: "Xalqlarımız arasında insani anlayış münasibətləri olmasa, ölkələrimizdə inteqrasiya prosesləri inkişaf etməyəcəkdir". Onun fikrincə, "Parlament üzvlərinin konstruktiv qarşılıqlı əlaqələri və qarşılıqlı anlaşma Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafına kömək edir".
Rusiya və Azərbaycan spikerləri iqtisadi əməkdaşlığın genişləndirilməsinin zəruriliyini və bu əməkdaşlığın qanunvericilik təminatı məsələlərini müzakirə etmişlər. V.Matviyenko növbəti "Eurovision" mahnı müsabiqəsinin Bakıda keçirilməsini alqışlayaraq demişdir: "Bu, Azərbaycanı beynəlxalq səviyyədə təmsil etmək üçün daha bir fürsət olacaqdır".

{nl}

Asya Hacızadə, AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında