Bakıda "Eurovision-2012" mahnı müsabiqəsinin püşkatma mərasimi olmuşdur

Azərbaycan təmsilçisi finalda səhnəyə 13-cü çıxacaqdır
Bakıda "Eurovision" Mərkəzində Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı püşkatma mərasimi keçirilmişdir. Püşkatma nəticəsində mayın 22-si və 24-də keçiriləcək yarımfinallardakı ölkələrin, o cümlədən mayın 26-da birbaşa final mərhələsində təmsil olunacaq 6 ölkənin şouda çıxışlarının ardıcıllığı müəyyən edilmişdir.
"Eurovision-2012"də çıxış edən 42 ölkənin nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə keçirilmiş mərasim Azərbaycan paytaxtının görüntülərindən ibarət hazırlanmış xüsusi videoçarxın nümayişi ilə başlanmışdır.
Püşkatma mərasiminin aparıcıları qonaqları Azərbaycan və ingilis dillərində salamlamış və bu tədbirin Novruz bayramı günlərinə təsadüf etdiyini bildirmişlər.
Tədbirdə Azərbaycan xalqının tarixi keçmişini özündə əks etdirən Novruz bayramı barədə iştirakçılara məlumat verilmişdir.
"Eurovision" mahnı müsabiqəsinin icraçı rəhbəri Yan Ola Sand Azərbaycana dəfələrlə gəldiyini vurğulamış və burada müsabiqə ilə bağlı görülmüş işləri yüksək qiymətləndirmişdir.
Sonra müsabiqənin püşkü atılmışdır. Püşkatmanın nəticəsinə görə, mayın 22-də keçiriləcək birinci yarımfinalda çıxış edəcək ölkələrin ardıcıllığı belə sıralanmışdır: Monteneqro, İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsveçrə, Belçika, Finlandiya, İsrail, San-Marino, Kipr, Danimarka, Rusiya, Macarıstan, Avstriya, Moldova, İrlandiya.
Mayın 24-də keçiriləcək ikinci yarımfinalda çıxış edəcək ölkələrin çıxış ardıcıllığı isə belə olmuşdur: Serbiya, Makedoniya, Niderland, Malta, Belarus, Portuqaliya, Ukrayna, Bolqarıstan, Sloveniya, Xorvatiya, İsveç, Gürcüstan, Türkiyə, Estoniya, Slovakiya, Norveç, Bosniya və Herseqovina, Litva.
Mayın 26-da keçiriləcək və Azərbaycanın da çıxış edəcəyi final mərhələsində Böyük Britaniya 1-ci, İtaliya 10-cu, Azərbaycan 13-cü, İspaniya 19-cu, Almaniya 20-ci, Fransa isə 9-cu çıxış edəcəkdir. Finalda yarışacaq digər ölkələr isə yarımfinallarda səsvermə zamanı məlum olacaqdır. Finala keçən ölkələrin çıxış nömrəsi yarımfinaldan sonra keçiriləcək püşkatma mərasimində məlum olacaqdır.
Püşkatma mərasimi ənənəvi olaraq bu dəfə də eurovision.tv saytında canlı yayımlanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında