"Tərcümə çələngi" kitabı çap olunmuşdur

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədinin tərtib etdiyi "Tərcümə çələngi" kitabı çapdan çıxmışdır.
İnstitutdan bildirmişlər ki, kitaba M.Məhəmmədinin müxtəlif illərdə fars, rus və türk dillərindən tərcümələri - şeir və nəsr nümunələri, məqalə və müsahibələr daxil edilmişdir.
Toplunun "Şeir" bölməsində çağdaş Çin (Ay Kinq), ərəb (Fədva Toqan, Nizar Qəbbani, Qasım Həddad), Türkiyə (Əhməd Ünal Çam, Mehparə Ögüt) şairləri ilə yanaşı, İranın farsdilli poeziyasının inkişafında xidmətləri olan azərbaycanlıların (Məftun Əmini, Hüseyn Münzəvi, Şəhram Şeydayi, Məzahir Şəhamət, Rəsul Yunan) şeirlərinin tərcümələri verilmişdir. Eyni zamanda, burada Azərbaycan xalqının görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın "Mövlana Şəms Təbrizinin xanəgahında" adlı 123 beytlik şeirinin filoloji tərcüməsi də təqdim olunur.
"Nəsr" bölməsində Frans Kafka, Xorxe Luis Borxes, Per Lagervist, Qulamhüseyn Saidi, Henrix Böll, Raziyə Tüccar, Fridrix Dürrenmatt, Spujməy Zərrab, Şəhruz Rəşid kimi nasirlərin hekayələri ilə tanış olmaq mümkündür. Bu əsərlərdə Şərq yazıçılarının Qərbə, Qərb yazıçılarının isə Şərqə meyli özünü açıq-aydın göstərir.
"Məqalə" başlıqlı bölmədə klassik və müasir ədəbiyyatın müxtəlif problemlərinə həsr edilmiş maraqlı yazılar toplanmışdır. Burada İren Məlikovanın "Yunus Əmrə və Hacı Bektaş", Katerina Momzenin "Höte müsəlman idimi?", Robert B.Reyin "Postmodernizm nədir?" və digər məqalələrin tərcümələri təqdim olunur.
Kitabın "Müsahibə" bölməsində isə rus yazıçısı Vladimir Nabokov, Meksika yazıçısı Karlos Fuentes, Livan şairi Məhəmməd Əli Şəmsəddin, serb yazıçısı Milorad Paviç və digərləri ilə müsahibələr yer almışdır.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında