"Bakı, mən səni sevirəm" kinolayihəsinin çəkilişlərinə başlanmışdır Martın 12-də "Bakı, mən səni sevirəm" kinolayihəsinin çəkilişlərinə start verilmişdir.

Layihənin mətbuat katibi Şahnaz Abdullayevanın APA-ya verdiyi məlumata görə, filmə daxil olan ilk novellanı layihənin prodüserlərindən biri, Rusiyanın məşhur kinorejissoru Yeqor Kançalovski çəkir. 
Qeyd edək ki, "Bakı, mən səni sevirəm" kinolayihəsinin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, layihənin prodüserləri Yeqor Konçalovski, Nadir Maçanov, Aleksey Qolubevdir. "Bakı, mən səni sevirəm" layihəsi 10 filmdən ibarətdir. Hər filmin xronometrajı 9 dəqiqədir.
Layihənin rejissorları Yeqor Konçalovski (Rusiya), Nadir Maçanov, Aleksey Qolubev (Rusiya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev, Andrey Razenkov (Rusiya), Aleksander Fodor (İngiltərə), Andre Badalo (İtaliya), ssenaristləri isə Nadir Maçanov, Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev və Aleksandr Novotoskidir (Rusiya).


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında