Müsabiqə rəhbəri: İnsanlar builki "Eurovision" şousu ilə fəxr edəcəklər

"Eurovision" mahnı müsabiqəsinin rəhbəri (Executive Supervisor of the Eurovision Song Contest) Yan Ola Sand bu müsabiqə ilə bağlı Azərbaycanda aparılan hazırlıq işlərindən razı qalmışdır. Trend-in məlumatına görə, bunu Yan Ola Sand eurovision.az saytına müsahibəsində demişdir.
O bildirmişdir ki, "Eurovision" mahnı müsabiqəsinə hazırlıq işləri ilə bağlı layihə hələ davam edir. Bakıda çox yüksək səviyyədə hazırlıqlar aparılır. Sand bütün işlərin vaxtında təhvil verilə biləcəyinə inandığını demişdir.
Müsabiqə rəhbərinin sözlərinə görə, bu il insanlar Bakıda əvvəllər görmədikləri bir şou izləyəcəklər. Onlar builki "Eurovision" şousu ilə fəxr edəcəklər:
"Hazırlıqlar quruluş və dizayn baxımından möhtəşəmdir. Xüsusilə elementlərin istifadəsi, işıqlandırma sistemi və işıq konsepsiyası. Biz işçi qrupla müsabiqənin konsepsiyası barədə müzakirələr aparmışıq. Alov elementləri, şüar haqqında çox danışmışıq. Əlbəttə, insanlar şouda hərarət görəcəklər və Azərbaycana xas olan bir şou izləyəcəklər".
O, əlavə etmişdir ki, müsabiqədə təmsil olunacaq iştirakçılar bir-birlərindən fərqliliyi ilə seçilir. Burada həm cavan, həm də yaşlı nəslin nümayəndələri var.
Təbii ki, bütün iştirakçıların bəlli olması üçün daha bir həftə gözləməliyik. Ümid edirəm ki, sonda çox keyfiyyətli şou olacaq.
O, "Eurovison"la əlaqədar Azərbaycana gələcək turistlərə tövsiyə etmişdir ki, onlar ilk olaraq Bakını görməli, Bakı bulvarını gəzməlidirlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında