Bayram bayrama qarışdı

8 Mart Beynəlxalq Qadınlar bayramı ölkəmizin hər yerində olduğu kimi İ.Əbilov adına Mədəniyyət Mərkəzində də qeyd olundu.  
Bayram tədbirinə dəvətli qonaqlar sırasında respublikanın tanınmış elm-sənət adamları da var idi. Əziz qadınlarımızı təbrikə gələn Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Muğam" kafedrasının müəllimi Zakir Əliyev böyük konsert proqramı ilə "bayram sahiblərinin" zövqünü oxşadı.
Müğənninin ifasında səslənən "Ay bülbüllər", "Təki sən səslə məni", "Qurban olduğum", "Kimlər gəldi, kimlər getdi bu dünyadan", "İntizar" və bir sıra digər mahnılar o gecə hamını heyran etdi.
Tədbiri giriş sözü ilə açan mədəniyyət mərkəzinin bədii rəhbəri Mirəhməd Əsgərov öncə əziz qadınları bayram münasibətilə təbrik edərək müğənninin keçdiyi çoxşaxəli, zəngin yaradıcılıq yolundan söz açdı. Xalq artisti Canəli Əkbərovun, əməkdar artist Teyyub Aslanın, eləcə də müğənni Zahidə Məmmədsalahovanın ürək açan könül nəğmələri tamaşaçılar tərəfidən hərarətli alqışlarla qarşılandı. Parodiya ustası Həsən Cəbrayılovun, "Vurğun" poeziya teatrının üzvləri Leyla Rzayevanın söylədiyi "Tülkü və qarğa", Nüranə Babazadənin M.Dilbazinin "Xatirələr", Xanım Əliyevanın M.Dilbazinin "Nənə və nəvə" şeiri, eləcə də Bakı musiqi kollecinin ikinci kurs tələbələri Aysel Bəşirova və Günay Mehdiyevanın çıxışları da tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.
Sonda Zakir Əliyev bu gözəl gecəyə görə Mədəniyyət Mərkəzinin rəhbərliyinə, eləcə də qonaqlara öz təşəkkürünü bildirib tamaşaçıların xahişi ilə "Biri vardı, biri yox" mahnısı ilə tədbiri sona yetirdi. Üç saatdan artıq davam edən bu möhtəşəm, canlı konsert proqramı sona yetsə də, bayram ovqatlı bu əziz günü qadınlarımız yəqin ki, uzun müddət yaddan çıxara bilməyəcəklər. Çünki bu görüş-konsert əsl ikiqat bayram idi.

{nl}

Rafiq SALMANOV, "Xalq qəzeti", foto müəllifindir


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında