Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş "Xoca" filminin ilk nümayişi olmuşdur

Fevralın 26-da "Nizami" kinoteatrında ANS müstəqil yayım və media şirkətinin, Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun və "Bakıfilm" kinostudiyasının birgə istehsalı olan "Xoca" bədii filminin ilk nümayişi olmuşdur.
Mərasimdə Milli Məclisin deputatları, ziyalılar, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak etmişlər.
Xocalı faciəsinin dəhşətlərindən bəhs edən ekran əsəri Azərbaycan Respublikası Prezidentinin dəstəyi ilə çəkilmişdir.
Xocalı qətliamının 20-ci ildönümünə həsr olunan, faciəni bütün miqyası ilə özündə əks etdirən 108 dəqiqəlik bu bədii filmin ssenari müəllifi və rejissoru Vahid Mustafayevdir.
Yüksək səviyyədə çəkilmiş "Xoca" filmi Azərbaycanın ən yeni tarixini əks etdirən mükəmməl ekran əsəridir. Film əsrlər boyu bu torpaqlarda yaşayan, erməni quldur birləşmələri tərəfindən işgəncə ilə qətlə yetirilən qadın, uşaq, qoca, silahsız insanlar, ümumiyyətlə, Xocalı soyqırımının bütün qurbanlarının xatirəsinə həsr olunmuş özünəməxsus kinoabidədir. Bu ekran əsəri erməni quldurların keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə torpaqlarımızda törətdikləri soyqırımından, sevgi və xəyanətdən, qəhrəmanlıq və qorxaqlıqdan bəhs edir.
Ermənilərin Azərbaycanın qədim Xocalı şəhərində törətdikləri qətliamdan bəhs edən filmin ana xəttini müharibələrin bütün mümkün gözəlliklərə qarşı çevrilməsi, insanların içindəki ən bəşəri xüsusiyyətlərin hədəfə alınması təşkil edir.
Əsas çəkilişləri Şəkinin Bdeyis kəndində aparılmış filmin ərsəyə gəlməsində iki minədək adam iştirak etmişdir. İran kinematoqrafçıları ilə birgə istehsal edilmiş bu ekran əsərinin çəkilişlərinə külli miqdarda silah-sursat, şəxsi heyət və zirehli texnika cəlb olunmuşdur. Erməni-sovet silahlı birləşmələri ilə qeyri-bərabər vuruşmada Azərbaycan döyüşçülərinin göstərdikləri müqavimət inandırıcı təsvir edilmişdir.
Rolları İlqar Musayev, Nigar Bahadırqızı, Elnur İsmayılov, Telman Əliyev, Nəcibə Hüseynova, Elmira Yaqubova və başqaları ifa edirlər.
"Xoca" filmi ölkənin bütün kinoteatrlarında nümayiş olunacaqdır. Xocalı soyqırımının dəhşətlərini əks etdirən bu ekran əsərinə Bakının kinoteatrlarında, həmçinin Gəncə, Şəki, Şirvan, Bərdə və digər rayonların mədəniyyət ocaqlarında, teatrlarında tamaşa etmək mümkündür.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında