Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi 2011-ci ildə bir sıra uğurlu layihələrin reallaşmasını təmin etmişdir

Ulu öndər Heydər Əliyev demişdi ki, yüksək mədəniyyətə malik olan xalq həmişə inkişaf edəcək, irəliləyəcək. Azərbaycan mədəniyyəti son illər, doğrudan da, çox sürətlə inkişaf edir, yeni mədəniyyət ocaqları inşa edilir, mədəniyyətimizin Avropaya inteqrasiyasi istiqamətində uğurlu layihələr həyata keçirilir. Prezident İlham Əliyev ölkədə mədəniyyətin inkişafı ilə bağlı bir sıra Dövlət Proqramının reallaşmasını təmin etmişdir. Hazırda bu işlər uğurla davam edir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfələr verməklə, onun dünyada təbliğində mühüm tədbirlər həyata keçirir.
Azərbaycan mədəniyyətinin təbliğində, milli-mənəvi dəyərlərimizin qorunmasında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin də xüsusi xidmətləri olmuşdur. İdarəmiz Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin əmr və sərəncamlarını vaxtında yerinə yetirməklə, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəhər miqyaslı tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirmişdir.
Ötən ilin sentyabr-oktyabr aylarında dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə idarəmiz və tabelikdə olan mədəniyyət müəssisələri ilə birlikdə 207 tədbir həyata keçirilmişdir. 3-13 oktyabr 2011-ci il tarixlərində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Bakı şəhərinin 11 rayonunda kitabxanalarımız parklarda kitab sərgiləri təşkil etmişlər. Kitabxanaların Direktorlar Şurası tərəfindən 17 oktyabr tarixində Səbail rayon MKS-nin 1 saylı filialında "Müstəqillik yolları", Yasamal rayonunun Heydər Əliyev muzeyi ilə birgə 12 oktyabr tarixində "Ölməz, əbədi müstəqilliyimiz" adlı dəyirmi masalar təşkil edilmişdir. Bundan başqa digər müəssisə və təşkilatlarımızda da bu münasibətlə müxtəlif tədbilər keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2011-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasında 2011-ci il "Turizm ili" elan edilmişdir. Bununla əlaqədar təsdiq edilmiş Tədbirlər planının icrası istiqamətində müvafiq işlər görülmüşdür. İdarənin tabeliyində olan mədəniyyət müəssisələrində "Gənc turist" klubları yaradılmışdır. Klublar gənclərin turizm sahəsinə olan maraqlarını artırmaq, formalaşdırmaq, bu sahənin inkişafına dəstək vermək, gənclərin asudə vaxtlarının səmərəli təşkilini, maraq və meyllərini, intellektual inkişaflarını təmin etmək məqsədilə təsis edilmişdir. İl ərzində "Gənc turist" klublarının üzvləri ölkənin müxtəlif bölgələrində (Quba, Qusar, Qəbələ, Şəki, Qax, Şamaxı, Lahıc, İsmayıllı, Lənkəran, Astara, Masallı və.s.), habelə Bakı şəhərinin Şirvanşahlar Saray Kompleksi, Qobustan Dövlət Tarix və Bədii qoruğu, Qala Dövlət Tarix-Etnoqrafiya qoruğu, Atəşgah məbədi, Mərdəkan qalası və digər tarixi yerlərlə tanış olaraq, onlar haqqında ətraflı məlumat qazanmış, bu yerlərə ekskursiya etmişlər.
Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlərin Yasamal rayon Heydər Əliyev muzeyinə, Qaradağ rayon Heydər Əliyev muzeyinə, C.Məmmədquluzadənin və M.S.Ordubadinin ev muzeylərinə ekskursiyaları təşkil olunmuşdur. 16 dekabr 2011-ci il tarixdə idarənin təşkilatçılığı ilə Şüvəlan qəsəbə mədəniyyət evində "Vətənim Azərbaycan" adlı tədbir keçirilmişdir. Tədbirdə Şüvəlan qəsəbə mədəniyyət evinin "İlğım" gənc turist klubunun Azərbaycanın müxtəlif yerlərini təbliğ edən foto sərgisi, sənətkarların əl işləri və turizm sahəsi ilə əlaqədar kitab sərgisi nümayiş olunmuşdur.
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası istiqamətində də müvafiq işlər görülmüşdür. İdarənin və tabeliyində olan mədəniyyət müəssisələrində çalışan gənc kadrların iş üsulunun təkmilləşdirilməsi məqsədilə ötən ilin iyul ayının 18-dən 20-dək Quba rayonunda treninq kurslar, seminar və təcrübə mübadiləsi təşkil olunmuşdur. Rayonun tarixi və mədəniyyət abidələrinə ekskursiyalar nəticəsində iştirakçılar oradakı abidələr barədə ətraflı məlumatlara yiyələnmişlər.
"Dövlət orqanlarında elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının icrası ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi internet saytı (www.baku-art.az) 2009-cu ilin dekabr ayından istifadəyə verilmişdir. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən sayt idarəmiz və onun şəbəkəsinə daxil olan mədəniyyət müəssisələri haqqında ətraflı məlumat əks etdirməklə yanaşı bu müəssisələr tərəfindən həyata keçirilən layihələr və digər tədbirlər haqqında məlumatları geniş işıqlandırır. Saytda yerləşdirilən Bakı Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin və muzeylərin internet saytlarına keçidlər vasitəsilə hər bir internet istifadəçisi istənilən MKS və muzeylərin saytına daxil olur, həmçinin Bakı şəhərində yerləşən digər mədəniyyət obyektləri haqqında ətraflı məlumat əldə edə bilər.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin nəfəsli və zərb alətləri üzrə II Respublika müsabiqəsində, Uşaq musiqi və incəsənət məktəbləri Xor kollektivlərinin II Respublika müsabiqəsində, Uşaq rəqs kollektivlərinin respublika müsabiqəsində idarənin tabeliyində olan mədəniyyət evlərinin, uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri iştirak etmişlər.
Bakı şəhərində keçirilən ümumşəhər tədbirlərdə - Gül bayramında, Novruz şənliklərində və beynəlxalq festivallarda mədəniyyət müəssisələrində fəaliyyət göstərən kollektivlər və teatr-konsert təşkilatları öz çıxışları ilə tamaşaçıların rəğbətini qazanmışlar.
Musiqi məktəblərimizin şagirdləri xarici ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə də diplomlara, fəxri fərmanlara layiq görülmüşlər.
İdarənin tabeliyində olan mədəniyyət müəssisələri ötən il mütəmadi olaraq hərbi hissələrdə və cəbhə bölgələrində hərbçilər qarşısında konsert proqramı ilə çıxışlar etmişlər. Qeyd edim ki, mədəniyyət müəssisələrinin hərbi hissələrə və cəbhə bölgələrinə hamilik etməsi işi əsasən rayon icra hakimiyyətləri və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən həyata keçirilir.
2011-ci il 11 may tarixində Azərbaycan Dövlət Kamera və Orqan Musiqisi zalında Rusiya Federasiyasının Çelyabinsk şəhərindən gələn uşaq incəsənət məktəbləri şagirdlərinin və Bakı şəhər uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin birgə konserti keçirilmişdir. Şəhərimizin tamaşaçıları bu konsertə böyük həvəs göstərmişlər.
2012-ci ildə qarşımızda çox mühüm vəzifələr durur. İstəyirik ki, Bakı şəhərində qədim tarixə malik olan qəsəbələrdə tarix-diyarşünaslıq muzeyləri yaradaq. Mədəniyyət müəssisələrinin müasir texniki avadanlıqlarla təmin edilməsinə çalışacağıq. İstedadlı uşaq, yeniyetmə və gənclərin üzə çıxarılması, onların inkişafına kömək etmək məqsədilə xüsusi layihələrin həyata keçirilməsi sahəsində də planlarımız vardır.
Bu gün qəza vəziyyətində 6 mədəniyyət müəssisəsi, uyğunlaşdırılmış 56 mədəniyyət müəssisəsi və əsaslı təmirə isə 80 mədəniyyət müəssisəsinin ehtiyacı var. Doğrudur, onlardan bir neçəsində ötən il əsaslı və cari təmir işləri aparılmışdır. Ancaq hələ bu sahədə görüləsi işlər çoxdur. Biz yeni ildə fəaliyyətimizi stimullaşdırmaq məqsədilə bəzi struktur yenilikləri etmək fikrindəyik.
Həyata keçirdiyimiz tədbirlərin reallaşmasında Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin hər vaxt dəstəyini hiss etmişik.
Çalışacağıq ki, Prezidentin qarşıya qoyduğu vəzifələri bu il də uğurla həyata keçirək.

{nl}

Əlikram ƏLİYEV, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında