"Eurovision-2012" müsabiqəsinin keçiriləcəyi "Baku Crystall Hall"ın tikinti işləri son mərhələyə daxil olmuşdur

Zalın yanında inşa olunan mətbuat mərkəzi 5000 kvadratmetr ərazini əhatə edəcək.
Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi "Baku Crystall Hall"da tikinti işləri artıq son mərhələyə daxil olub. APA-nın eurovision.az saytına istinadən yaydığı xəbərə görə, hazırda zalın üzərində kristallar quraşdırılmaqdadır. "Baku Crystall Hall"ın yaxınlığında isə müsabiqədə akkreditasiya olunmuş jurnalistlər üçün xüsusi Mətbuat Mərkəzi inşa olunur. Mətbuat Mərkəzi 5000 kvadratmetr ərazini əhatə edəcək. Hazırda mərkəzdə tikinti işləri sürətlə davam edir. Qeyd edək ki, 57-ci "Eurovision" mahnı müsabiqəsinin yarımfinalları mayın 22 və 24-də, final mərhələsi isə mayın 26-da keçiriləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında