"Eurovison-2012" mahnı müsabiqəsi ilə əlaqədar ölkənin turizm sənayesinin iştirakçılarına tapşırıqlar verilmişdir

Azəbaycan Mədəniyyət və Turizm Nazirliyi "Eurovison-2012" müsabiqəsi ilə əlaqədar ölkənin turizm sənayesinin iştirakçılarına tapşırıqlar vermişdir.
Trend-in məlumatına görə, bunu mədəniyyət və tuizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında demişdir. Onun sözlərinə görə, artıq bütün mehmanxana rəhbərləri ilə görüşlər keçirilmiş, "Eurovison"a gələcək xaricilər üçün yerlərin bronlaşdırılması başa çatmışdır: "Bununla Azərbaycan Turizm Assosiasiyası məşğul olur. Biz onlara dəstək veririk. Hazırda hotellərlə danışıqlar davam edir. Hotellərin keyfiyyətinin yüksəldilməsi, POS-terminalların quraşdırılması məsələsi ilə bağlı işlər görülür".
Xatırladaq ki, 2012-ci ildə 57-ci "Evrovision" mahnı müsabiqəsi Dövlət Bayrağı Meydanı yaxınlığında tikilən "Baku Crystal Hall"da keçiriləcək.

{nl}

Təhsil Nazirliyi müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı təklifləri hökumətə təqdim etmişdir
APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirmişdir ki, Təhsil Nazirliyi müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı təklifləri hökumətə təqdim etmişdir.
Onun sözlərinə görə, hazırda təkliflər Nazirlər Kabinetindədir: "Burada müəyyən ekspertiza keçirildikdən sonra müvafiq qərar veriləcək. Müəllimlərə hazırda bu və ya digər dövlət idarələrində çalışan dövlət qulluqçularının statusuna yaxın bir status verilməlidir. Burada bütün məsələlər öz əksini tapmalıdır. Bizim müəllim nüfuzunu qaldırmaqdan savayı yolumuz yoxdur. Burada müəllimlərin sosial müdafiəsi və digər məsələlər də öz əksini tapmalıdır".
Nazir bildirmişdir ki, bu status yaş senzi ilə əlaqədar olaraq işdən çıxarılan müəllimlərə də şamil ediləcək.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında