Küveyt Universitetində açılmış beynəlxalq sərginin Azərbaycan guşəsində nümayiş etdirilən eksponatlar böyük maraqla qarşılanmışdır

Fevralın 19-da Küveytin İraq işğalından azad olunmasının 21-ci ildönümü münasibətilə Küveyt Universitetində "Dostlar və qardaşlar" adlı Beynəlxalq sərgi işə başlamışdır.
Ölkəmizin Küveytdəki səfirliyindən bildirmişlər ki, sərgidə Azərbaycan Respublikası ilə yanaşı, Türkiyə, ABŞ, İspaniya, İtaliya, Polşa, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman, İordaniya, Tunis və Ukrayna da təmsil olunur.
Sərginin Azərbaycan guşəsində səfirliyimiz tərəfindən nümayiş etdirilən ekspozisiyada ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, füsunkar təbiəti, adət-ənənələri və etnoqrafiyası, o cümlədən məşhur xalçaçılıq məktəbi, ləziz mətbəxi, sürətlə inkişaf edən iqtisadiyyatı, ölkədə həyata keçirilən demokratik islahatlar, böyük turizm potensialı barədə ətraflı məlumatlar fotoşəkillər və videofilm, həmçinin mətbu məhsullar, sənətkarlarımızın əl işləri və digər eksponatlar vasitəsilə ictimaiyyətin diqqətinə təqdim edilir.
Beynəlxalq sərginin Azərbaycan guşəsində nümayiş etdirilən eksponatlar tamaşaçıların böyük marağına səbəb olmuşdur.
Sərginin işində yaxından və yüksək səviyyədə iştirak etdiklərinə görə Azərbaycanın Küveytdəki səfiri və səfirliyin əməkdaşları təşkilatçılar tərəfindən təşəkkürnamə ilə təltif olunmuşlar.
Sərgi çərçivəsində geniş tamaşaçı kütləsinə malik "Əl-Sabah" televiziya kanalına Azərbaycanın tarixi, mədəniyyəti, həmçinin müasir inkişafı ilə bağlı müsahibə verilmişdir.
Sərgi üç gün davam edəcəkdir.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında