Azərbaycan "Eurovision-2012" müsabiqəsinin keçirilməsi üçün 63 milyon dollar ayıracaq

Bu ilin may ayında Bakıda "Eurovision-2012" Beynəlxalq Mahnı Müsabiqəsinin keçirilməsi üçün dövlət büdcəsindən 50 milyon manat (63,3 milyon ABŞ dolları) ayrılacaq.
"APA-ECONOMICS"in məlumatına görə, Nazirlər Kabinetinin sərəncamı ilə Azərbaycanda "Beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər üzrə 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin bölgüsü" təsdiqlənmişdir.
Sərəncama əsasən, 2012-ci ildə bu məqsədlərlə dövlət büdcəsində 77 milyon manat nəzərdə tutulmuşdur. Bu vəsaitin 50 milyon manatı "Eurovision-2012" Beynəlxalq Mahnı Müsabiqəsinin keçirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə sərf ediləcək. Qalan 27 milyon manat isə digər tədbirlərin keçirilməsinə xərclənəcək.
Sərəncama əsasən, beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinə 5,4 milyon manat, Diaspor üzrə Dövlət Komitəsinə 3,8 milyon manat, İqtisadi İnkişaf Nazirliyinə 2,9 milyon manat, Xarici İşlər Nazirliyinə 2,6 milyon manat, Milli Məclisə 828 min manat ayrılacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında