Fransanın "Eurovision" təmsilçisi: Məni Azərbaycanla birləşdirən bir çox cəhət var

"Eurovision - 2012"nin keçiriləcəyi "Bakı Kristal Zal"ın fotolarına baxdım və super bir məkanda çıxış edəcəyimizə çox sevindim. Azərbaycan özünün kökləri, xüsusi ornamentləri, adət-ənənələri, qədim tarixi, mədəniyyəti olan ölkələrdəndir.
Mən İndoneziyada doğulmuşam və müsəlmanam, amma Fransada yaşayıram, bu ölkənin vətəndaşıyam. Belə deyək, Şərqlə Qərbin qarışığıyam. Azərbaycan da Şərqlə Qərbin qovşağı olan ölkədir. Bizi birləşdirən bu cür çox oxşar cəhət var". APA-nın məlumatına görə, bu sözləri Fransanın "Eurovision-2012" müsabiqəsindəki təmsilçisi Anggun "Eurovision.az"a müsahibəsində demişdir.
O, "Eurovision" mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsinə sevindiyini söyləmişdir: "Keçənilki qaliblər Eldar və Nigarın çalışdığı isveçli prodüserlə mən də işləmişəm və bu da bizi birləşdirən digər bir məqamdır. Azərbaycan çox maraqlı ölkədir. Sevinirəm ki, on gündən çox müddətdə Azərbaycanla tanışlıq imkanım olacaq və bu on gün ərzində ölkəni, paytaxt Bakını yaxından tanıyacağam".
Bakı səhnəsində həm fransız, həm də ingilis dilində oxuyacağı mahnı haqda fikir bildirən Anggun "Echo (You and I)" mahnının ürəyəyatımlı olduğunu düşünür: "Fransa "Eurovision"da əsasən ballada və lirik mahnılarla çıxış etmişdir. Mən isə fərqli üslubda mahnıya üstünlük verdim. Bu baxımdan ürəyə daha yaxın bir musiqi olmasını istədim. Elə mahnının iki dildə - həm ingilis, həm də fransızca olmasının səbəbi də bu fikrimi həyata keçirməkdən irəli gəlir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında