"Azərbaycan xalq nağılları uşaqların gözü ilə"

Ölkəmizdə istedadlı uşaqların üzə çıxarılması, onların yaradıcılıq imkanlarının genişləndirilməsi istiqamətində mühüm layihələrə imza atan təşkilatlardan biri də "İnkişaf və Dünya" İctimai Birliyidir. 
Fəaliyyətində yaradıcı uşaqlarla işləməyə üstünlük verən bu qurum ötən il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi çərçivəsində silsilə təbirlər keçirmişdir. Müəllif Hüquqları Agentliyi tərəfindən qeydiyyat şəhadətnaməsi verilən "Azərbaycan xalq nağılları uşaqların gözü ilə" layihəsi də məhz həmin tədbirlər çərçivəsində reallaşmışdır.
Birliyin idarə heyətinin üzvü Günay Əjdərova bildirmişdir ki, bu təşkilatın nəzdində fəaliyyət göstərən rəssam uşaqlar istedadları, bacarıqları, dünyaya baxışları, yaradıcı işə münasibətləri ilə seçilirlər. Onlar ilk dəfədir ki, məşhur Azərbaycan xalq nağıllarının motivləri əsasında öz təfəkkürlərinin məhsulu olan həm sadə şəkillərdən, həm də mürəkkəb, maraqlı və rəngarəng kompozisiyalara əsaslanan süjetli təsviri sənət əsərləri nümunələrindən ibarət silsilə rəsm toplusunu təqdim etmişlər.
Topluya ta qədimdən xalqımızın yaddaşında qalan və sevilən nağıllara çəkilmiş rəsm nümunələri - "Ağ atlı oğlan" (Nərgiz Bayramova, 12 yaş), "Süleyman şah və qarışqa", "Tülkü və Canavar" (İlkin Cəfərov, 14 yaş), "Məlikməmməd" (Fərid Əhmədov, 15 yaş), "Tülkü və ilan" (Ləman Cəlalova, 10 yaş), "Yaxşılığa yaxşılıq..." (Pərvin Mustafayeva, 14 yaş), "Mərd və namərd", "Aslan və dovşan" (Əsmər Süleymanova, 13 yaş) daxil edilmişdir.
İstedadlı uşaq rəssamların topluya daxil edilmiş 47 əsəri onların böyük sənət yolunda ilk addımları olmaqla bərabər, həm də gələcək uğurlarından xəbər verir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında