"Mədəni müxtəliflik: sosial-siyasi dəyər kimi" mövzusunda II Milli Forum keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yarandığı ilk gündən etibarən mədəniyyət siyasətinin reallaşmasında elmi potensiala və elmi metodlara müraciəti, habelə, elmi qurumlarla əməkdaşlıq əlaqələrinin yaradılmasını vacib vəzifə kimi müəyyən etmişdir.
Mədəniyyət siyasətinin həyata keçirilməsində elmi potensiala müraciət olunma hallarının genişləndirilməsi və bu sahədə təşəbbüslərin dəstəklənməsi prioritet vəzifələrdəndir. Sözsüz ki, mədəniyyət siyasəti kontekstində ən böyük əhəmiyyətə malik olan elm kulturologiyadır.
Tükənməz mədəni sərvətlərə, böyük tarixə, zəngin adət-ənənələrə və müstəqil dövlətə sahib olan xalqın inkişafında və onun özünəməxsusluğunun qorunub saxlanılmasında əvəzolunmaz əhəmiyyətə malik olan kulturologiya elminin inkişafı üçün lazımi şəraitin yaradılması olduqca önəmlidir.
Qeyd olunanları nəzərə alaraq Azərbaycanda mədəniyyətin təbliğini, təşviqini, qorunmasını və elmi tədqiqatların inkişafını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 3 iyunda Muzey Mərkəzində "Kulturoloqların II Milli Forumu"nu keçirəcəkdir. Forumda respublikanın tanınmış alimləri ilə yanaşı, Belarus, Rusiya və Qazaxıstanın tanınmış alimləri də iştirak edəcəklər.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında