Hollivudda "Əli və Nino" əsəri əsasında film çəkiləcək

Yaxın zamanlarda Hollivudda Məhəmməd Əsəd bəyin (Qurban Səid) müəllifi olduğu "Əli və Nino" əsəri ekranlaşdırılacaq.
APA-nın "Hollywood Reporter" nəşrinə istinadən verdiyi məlumata görə, Oskar mükafatı laureatı Kristofer Hempton Azərbaycan əsərinin teleekran versiyasının ssenarisini hazırlayacaq. Britaniyanın "PeaPie Films" şirkəti filmin çəkilişinə dair müəlliflik hüququ əldə edib və yaxın zamanlarda müvafiq işlərə start veriləcək.
Kristofer Hempton "Əli və Nino" əsərinin təsirindən uzun müddət çıxa bilmədiyini demişdir: "Kitabı oxuduğum andan mən bu əsərin neçə gözəl ərsəyə gətirildiyinə valeh oldum və onun ilk dəfə dərc edildiyi vaxtda olduğu kimi indi də aktuallığını və əks-səda yaratmaq qabiliyyətini saxladığının şahidi oldum".
Xatırladaq ki, Kristofer Hempton "Təhlükəli əlaqələr" (Dangerous Liaisons) əsərinin teleadaptasiyasına görə 1988-ci ildə Oskar mükafatına layiq görülmüşdür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında