"Azərbaycanın folklor paytaxtı"nda yekun tədbiri

Məlum olduğu kimi, 2011-ci ildə Lənkəran şəhəri "Azərbaycanın folklor paytaxtı elan olunmuşdu. Ölkəmizin qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramı ilə əlaqədar olaraq folklor mərkəzi seçilmiş Lənkəranda il ərzində rəngarəng tədbirlər keçirilib.
Yekun tədbirində qeyd olundu ki, ötən il nominasiyalara uyğun olaraq təntənəli mərasimlər, respublika və beynəlxalq səviyyəli elmi-praktik konfranslar, "dəyirmi masa"lar, konsertlər, müsabiqələr, festivallar, sərgilər təşkil edilib. Son "akkord" çərçivəsində isə rayon mərkəzi kitabxanasında suvenirlərdən, el sənətkarları və tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi təqdim olundu. Sərgidə debüt olaraq yerli sənətkar Tərlan Sadıqovun hazırladığı milli suvenirlərin ilkin nümunələri nümayiş etdirildi.
Sonra rayon mədəniyyət müəssisələrinin folklor rəqs kollektivləri maraqlı konsert proqramı ilə çıxış etdilər.
Tədbirin rəsmi hissəsində şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Vasif Fərzullayev il ərzində bu sahədə görülmüş işlər haqqında məlumat verdi. Folklorşünas alim, Prezident təqaüdçüsü Mirhaşım Talışlı Azərbaycanın, o cümlədən cənub bölgəsinin folklor adət-ənənələrindən bəhs edərək bu kimi tədbirlərin ümumiyyətlə qeyri-mədəni irsimizin inkişafına xidmət etdiyini bildirdi.
Günün ikinci yarısında media təmsilçiləri üçün infotur təşkil olundu. İştirakçılar şəhərin və rayonun müxtəlif yerlərinə gəzintilərə çıxdılar, Göyşaban dairəsində, Xalq yaradıcılığı şəhərciyində rayonun folklor rəqs kollektivlərinin konsertləri təqdim edildi, milli mətbəx nümunələri ilə tanışlıq oldu. Sonda isə Separadi kəndində "Nənələr" folklor mahnı və rəqs kollektivi ilə görüş keçirildi.
Görüşdən sonra "Nənələr", eləcə də Boladi kənd klubunun "Kinəlim", Girdəni kənd mədəniyyət evinin "Vənəvşə" qızlar folklor rəqs kollektivlərinin və meyxana ustalarının iştirakı ilə yekun konserti təqdim olundu.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında