Bakıda Emin Ağalarovun superşousu keçirilmişdir

Dekabrın 23-də Bakıda Heydər Əliyev adına sarayda məşhur Azərbaycan müğənnisi və bəstəkarı Emin Ağalarovun "Yeni bir şou" adlı növbəti solo-konserti keçirilmişdir.
Trend-in məlumatına görə, kompozisiyaları bu il ingilis, alman və rus çatlarında liderlik edən məşhur musiqiçinin yeni şousu - qırmızı rəng effektləri, altı nəhəng monitordan yüksək sürətlə bir-birini əvəz edən kadr ardıcıllığı, mahnıların orijinal aranjirovkası ilə xüsusi təsir bağışlamışdır.
Həmişəki kimi Emin özünün səmimiliyi, tamaşaçı ilə sərbəst ünsiyyəti, yüksək səhnə mədəniyyəti ilə fərqlənmişdir. O, konsertdə özünün məşhur Falling, Obvious, Just for one night, Wonder, Miss America, One last dance, Do not go, You do not even know və başqa hitlərini ifa etmişdir. Bu mahnıların ifası gurultulu alqışlarla qarşılanmışdır.
Eminin ifasında Müslüm Maqomayevin "Bremen musiqiçiləri" əsərindən "Qızıl Günəşin şüaları" mahnısı xüsusi ovqat yaratmışdır. Videomonitorla gah Maqomayevin, gah da Eminin (özünəməxsus duet) ifasında əfsanəvi bəstəkar Müslüm Maqomayevin "Mavi əbədiyyət" mahnısını tamaşaçılar ayaqüstə və uzunmüddətli alqışlarla qarşılamışlar.
Gecənin xüsusi qonaqları olan "Eurovision 2011"-in qalibləri, Running Scared mahnısını ifa edən Eldar Qasımov və Nigar Camal qeyd etmişlər ki, həmişəki kimi Eminin Bakıdakı konserti xeyriyyə xarakteri daşıyır və biletlərin satışından əldə olunan gəlir Nardaran qəsəbəsindəki 130 saylı məktəbin yenidən qurulması işlərinin tamamlanmasına imkan verəcək.
Emin bütün Azərbaycan xalqını Yeni il münasibətilə təbrik etmiş, yenidən konsertlə Bakıya qayıdacağını vəd edərək bildirmişdir ki, bu cənub şəhərində onu sevir və böyük məhəbbətlə qarşılayırlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında