Nuridə Atəşinin "Qafqaz amazonları: miflər arxasında gerçək tarix" kitabının təqdimatı olmuşdur

APA-nın məlumatına görə, mərasimdə çıxış edən Nuridə Atəşi tədqiqata 15 il əvvəl başladığını demişdir. Onun sözlərinə görə, bu tədqiqat əsərində Avropada amazonlarla bağlı indiyə qədər səslənən fikirlərin puç olduğu ortaya qoyulub:
"Bu günə qədər amazonların yunan mifologiyası olduğu haqda əsərlər yazılırdısa, apardığım araşdırmalar və Avropada təqdim etdiyim bu əsər sayəsində ən qədim döyüşçü qadının vətəninin Azərbaycan olduğunu sübut edə bildim. Bu, eramızdan əvvəl ikinci minilliyə aid Naxçıvanın Plovdağ bölgəsində olan döyüşçü qadının qəbridir".
N.Atəşi Qafqaz amazonları sərgisinin, muzeyinin təşkili, bu mövzuda beynəlxalq elmi konfransın keçirilməsi, sənədli və bədii filmin çəkilməsi təklifi ilə çıxış etmişdir.
Tədbirdə AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov, Milli Məclisin deputatı Gülər Əhmədova, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, tarixçi-alimlər çıxışlarında N.Atəşinin tarixi etnoqrafik istiqamətdə araşdırmalarını müsbət qiymətləndirib, bu mövzunu qədim Azərbaycan tarixinin araşdırmalı olduğu istiqamət kimi səciyyələndirimişlər.
Qeyd edək ki, Azərbaycan, alman, ingilis və rus dillərində Almaniyada nəşr olunan kitabda amazonların - döyüşçü qadınların yaşadığı bölgələr, həyat tərzi, qədim Azərbaycan mifologiyası olan Dədə Qorqud dastanın amazon ruhu haqda maraqlı məqamlar əksini tapmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında