Kanadada Azərbaycan mədəniyyət mərkəzi açılıb

Dekabrın 5-də Kanadanın Vankuver şəhərində, bu ölkədə ilk dəfə Azərbaycan mədəniyyət və icma mərkəzi fəaliyyətə başlamışdır. Azərbaycan mədəniyyət və icma mərkəzində Azərbaycan dilinin, musiqisinin və milli rəqslərinin tədrisi kurslarının təşkili planlaşdırılır.
Bu barədə Milli.az saytı məlumat yayıb. Mərkəzin açılışında Vankuverdə yaşayan Azərbaycan icmasının fəal üzvü Məhəmməd Purazadın xüsusi rolu olmuşdur. Azərbaycan mərkəzinin binası M.Purazad tərəfindən əsaslı təmir edilmişdir.
Bu münasibətlə təntənəli açılış mərasimi keçirilmişdir. Mərasimdə iştirak edən Azərbaycanın Kanadadakı səfiri Azərbaycan mədəniyyətinin Kanadada təbliğinin və Azərbaycan icmasının bu ölkədə mütəşəkkil fəaliyyət göstərməsinin vacibliyini qeyd etmişdir.
Tədbir Azərbaycan musiqisindən ibarət konsert proqramı ilə sona yetmişdir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında