Xalq yazıçısı Elçinin "Şekspir" əsəri Londonda nümayiş etdirilmişdir

Dekabrın 5-də Londonun "The Horse Hospital" İncəsənət Mərkəzində yerləşən "Avanqard" Teatrında görkəmli Azərbaycan dramaturqu, Xalq yazıçısı Elçinin "Şekspir" komediyasının ingilis dilində premyerası olmuşdur. Elçin Əfəndiyev tamaşanın nümayişində iştirak etmişdir. 
"Şekspir" tamaşasının quruluşçu rejissoru "Qrantlers" İncəsənət Qrupunun rəhbəri, məşhur teatr xadimi Devid Perridir. Əsas rolları tanınmış aktyorlar Peter Stanford, Yovan Matiç, Eleanor Bennett, Konrad Peters və başqaları ifa etmişlər.
Tamaşadan əvvəl Azərbaycanın Böyük Britaniyadakı səfirliyi qəbul təşkil etmişdir. "Şekspir" tamaşasının ingilis dilində versiyasının rejissoru Deyvid Perri çıxış edərək bildirmişdir ki, Elçin dramaturgiyasının müasir dünya teatr sənətində xüsusi yeri vardır. Elçinin əsərlərində böyük sənətkarlıqla qaldırılan problemlərin coğrafi sərhədləri yoxdur. D.Perri tamaşanın ərsəyə gəlməsinə verdikləri dəstəyə görə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə və Avropa Azərbaycan Cəmiyyətinə təşəkkürünü bildirmişdir.
Ölkəmizin Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov tədbirdə bildirmişdir ki, Elçinin "Şekspir" əsərinin Londonda tamaşaya qoyulması Azərbaycan və Böyük Britaniya arasında mədəni əlaqələrin yüksələn xətlə inkişaf etməsinin daha bir sübutudur.
Sonda "Şekspir" əsərinin müəllifi, Xalq yazıçısı Elçin çıxış edərək tamaşanın yaradıcı heyətinə, səhnə əsərinin ərsəyə gəlməsində dəstəyi və əməyi olan hər kəsə təşəkkürünü bildirmişdir.
Tamaşa böyük müvəffəqiyyətlə keçmiş, dəfələrlə alqışlanmışdır.
Qeyd edək ki, "Şekspir" tamaşası ilk dəfə Bakıda "Üns" Teatrının səhnəsində nümayiş etdirilmişdir. Sonradan tamaşa Krımda, Moskvada tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Gələn il səhnə əsərinin Türkiyə tamaşaçılarına təqdim olunacağı gözlənilir.
Premyerada Böyük Britaniyanın tanınmış teatr xadimləri, yazıçılar, Londonda akkreditə olunmuş diplomatik korpusun, KİV-lərin nümayəndələri, Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında