2012-ci ildə mədəniyyətlərarası dialoq üzrə Bakı Qlobal Tədqiqat (Think-tank) Qrupu yaradılacaq

2011-ci ilin 7-9 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi ilə Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələrindən biri olaraq 2012-ci ildə mədəniyyətlərarası dialoq üzrə Bakı Qlobal Tədqiqat (Think-tank) Qrupunun yaradılması və dünyanın bütün qitələrindən məşhur ekspertlərin onun işinə cəlb edilməsi nəzərdə tutulur. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Think-tank qrupu tərəfindən Dünya Forumunun gündəliyində duracaq məsələlərə dair müzakirə sənədləri hazırlanacaq.
Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan Think-tank qrupun nizamnaməsinin ilkin layihəsi Azərbaycan, YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası və Şimal-Cənub Mərkəzinin nümayəndələrindən ibarət Beynəlxalq İşçi Qrupunun üzvlərinə artıq göndərilmişdir. Bu nizamnamə layihəsi hələlik qrupun fəaliyyətinin ümumi çərçivəsini müəyyən edir, lakin sənədin təfərrüatları forumun beynəlxalq tərəfdaşları ilə müzakirə olunduqdan sonra yekun variant kimi qəbul edilməsi və 2012-ci ilin aprel ayında Təsis Konfransının keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iki ildən bir keçirilməsi barədə 2011-ci ilin 27 may tarixində imzalanmış fərman ilə Mədəniyyət və Turizm Nazirliyi forumun təşkilində əlaqələndirici qurum kimi müəyyən edilmişdir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında