Qədim İçərişəhər və Dənizkənarı Milli Park qətərli jurnalistlərdə zəngin təəssürat doğurmuşdur

Bakıda səfərdə olan Qətər Xəbərlər Agentliyinin (QNA) baş direktoru Əhməd Səad Əbduləziz əl-Buayneyn, xəbərlər redaksiyasının müdiri Abdullah Əbdürrəhman və AzərTAc-ın baş direktoru Aslan Aslanov noyabrın 30-da İçərişəhərlə tanış olmuşlar.
Əvvəlcə qonaqlara Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə dolğun məlumat verilmişdir. Bildirilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Hazırda Qız qalasının muzey konservasiyası işlərinə başlanılmışdır. Yaxınlıqdakı Sıratağlı dini memarlıq kompleksinin ərazisindəki ekpozisiya ilə tanışlıq da qonaqların böyük marağına səbəb olmuşdur.
Elektromobillə gəzinti zamanı qonaqlara UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri var və bunlar qorunub saxlanılır.
Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı qonaqlar təndir çörəyinə qonaq edilmişlər.
Gəzinti zamanı qonaqlar orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günə qədər öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.
Dünya əhəmiyyətli memarlıq abidəsi olan Məhəmməd məscidi, Cümə məscidi, Kiçik karvansaradakı Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət mərkəzi - "İncəsənət bağı" haqqında geniş məlumatları da qətərli qonaqlar maraqla qarşılamışlar.
Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq qonaqlara hədiyyə təqdim edilmişdir.
Dənizkənarı Milli Parkla tanışlıq zamanı qonaqlara burada aparılan təmir, abadlıq və bərpa işləri barədə ətraflı məlumat verilmişdir.
Qədim İçərişəhər və Dənizkənarı Milli Park qonaqlarda zəngin təəssürat doğurmuşdur.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında