Ermitajda Azərbaycanın tarixi və mədəni irsinə aid eksponatların daimi sərgisi açılacaq

Sankt-Peterburqdakı Dövlət Ermitajında Azərbaycan xalqının tarxi və mədəni irsinin eksponatlarının ilk daimi sərgisinin açılması planlaşdırılır. 
Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsünü Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov Ermitajın direktoru Mixail Piotrovskiyə onunla görüşü zamanı çatdırmışdır. Bu barədə Trend-ə baş konsulluqdan məlumat verilmişdir. Məsələ öz müsbət həllini tapmışdır.
Rusiya Dövlət Ermitajı və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi arasında Ermitajda saxlanılan Azərbaycan eksponatlarının ilk daimi sərgisinin yaradılması haqqında niyyət protokolunun imzalanması 2012-ci ilin yanvar ayına planlaşdırılır.
Görüşdə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 870 illik yubileyinin Rusiya Dövlət Ermitajında təntənəli keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdur.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında