Budapeştdə "Azərbaycan xalçası" kitabının təqdimat mərasimi keçirilmişdir

Tədbir iştirakçılarına Azərbaycanda xalçanın məişətdə rolu, Azərbaycanın tanınmış xalçaçılıq məktəbləri, xalçaların hazırlanması texnologiyaları haqqında məlumat verilmişdir.
Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Budapeşt Tətbiqi İncəsənət Muzeyində xalçaçı-alim, L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin direktoru Röya Tağıyevanın macar dilində nəşr olunmuş "Azərbaycan xalçası" kitabının təqdimat mərasimi keçirilib. Bu barədə milli.az saytı məlumat yayıb.
Tədbiri giriş sözü ilə açan Budapeşt Tətbiqi İncəsənət Muzeyinin direktoru İmrə Takaç muzeyin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu, gələcək illərdə birgə layihələrin həyata keçirilməsi istiqamətində Azərbaycanın Macarıstandakı səfirliyi ilə danışıqların aparıldığını bildirib, "Azərbaycan xalçası" kitabının təqdimatının muzeydə təşkilinin bu baxımdan olduqca əhəmiyyətli hadisə olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və kitabın çap olunduğu "Korvina" nəşriyyatının direktoru Laslo Kunoş ikitərəfli mədəni əlaqələrin əhəmiyyətindən danışıblar.
Daha sonra professor Röya Tağıyeva tədbir iştirakçıları qarşısında çıxış edib, Azərbaycanda xalçanın məişətdə rolu, Azərbaycanın tanınmış xalçaçılıq məktəbləri, xalçaların hazırlanması texnologiyaları haqqında danışıb, Azərbaycan xalçalarının təsvirlərini əks etdirən slaydlar nümayiş etdirilib.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında