Qətər Xəbərlər Agentliyinin (QNA) baş direktoru Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olmuşdur

{nl}

Bakıda səfərdə olan Qətər Xəbərlər Agentliyinin (QNA) baş direktoru Əhməd Səad Əbduləziz əl-Buayneyn, xəbərlər redaksiyasının müdiri Abdullah Əbdürrəhman və AzərTAcn baş direktoru Aslan Aslanov noyabrın 29-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olmuşlar.

{nl}

Qonaqlara muzeyin yaranma tarixi barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, muzeyin binası XIX əsrin ortalarında inşa edilmiş, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabinetinin həm iş, həm yaşayış yeri kimi fəaliyyət göstərmişdir.

{nl}

Vurğulanmışdır ki, bu tarixi bina Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yenidən bərpa olunmuşdur.

{nl}

Qonaqlar Yaxın və Orta Şərqdə, eləcə də Avropada yeganə ədəbiyyat muzeyi olan bu mədəniyyət ocağınınQədim dövr”, “Dədə Qorqud”, “Nizami Gəncəvi”, “Məhsəti Gəncəvi”, “Xaqani Şirvani”, “İmadəddin Nəsimi”, “Məhəmməd Füzuli”, “Şah İsmayıl Xətaivə “Cümhuriyyətsalonlarını gəzmiş, ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyəti və ədəbiyyatına diqqət və qayğısını əks etdirən fotoguşə ilə tanış olmuşlar.

{nl}

Qətər Xəbərlər Agentliyinin baş direktoru Əhməd Səad Əbduləziz əl-Buayneyn Azərbaycan ədəbiyyatının, mədəniyyətinin qədim tarixini özündə yaşadan muzeyin onda xoş təəssüratlar oyatdığını bildirmiş, xatirə kitabına ürək sözlərini yazmışdır.

{nl}

Qonaqlara muzeyin direktoru, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Rafael Hüseynovun muzey haqqında ingilis dilində nəşr olunmuş “Temple of the Wordadlı məlumat kitabı təqdim edilmişdir.

{nl}

Sonda xatirə şəkli çəkdirilmişdir.

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında