"Abşeron"un payız rəngləri

İçərişəhərdəki "Abşeron" rəsm qalereyası tanınmış rəssam Təbriz Abdullayevin yaradıcılığının mühüm bir hissəsini əks etdirən sərgini sənətsevərlərə təqdim etdi. Açılış mərasimindən əvvəl keçirilən mətbuat konfransında sərginin təşkilatçıları və rəssam ekspozisiya barədə media təmsilçilərini bilgiləndirdilər.
"Abşeron" rəsm qalereyasının rəhbəri Eldəniz İbrahimov bildirdi ki, yeni sərgi əməkdar rəssam Təbriz Abdullayevin ötən həftə Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda start götürən yaradıcılıq hesabatının davamıdır. Bu ekspozisiyada istedadlı fırça ustasının müxtəlif illərdə işlənmiş tabloları yer almışdır. İlk sərgisini 9 il bundan əvvəl sənətsevərlərə təqdim etmiş Təbriz o vaxtdan bəri məhsuldar çalışmış, özünün orijinal üslubunu inkişaf etdirmişdir. Rəssamın son dövrdə işlədiyi kompozisiyalar koloristikası, motivləri, işlənmə tərzi ilə xüsusi seçilir. Bu əsərlər əsrarəngiz ruhu ilə tamaşaçıları heyran edir. Rəssamın yetkin yaradıcılığı payızın əlvan rəngləri fonunda daha cazibədar görünür.
Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, kinorejissor, xalq artisti Oqtay Mirqasımov, sənətşünas Ziyadxan Əliyev Təbriz Abdullayevin əsərlərinin mövzusu, işlənmə texnikası, estetik yönü, bədii dəyəri barədə ətraflı məlumat verdilər.
Sərginin açılışından sonra rəssam ekspozisiya qarşısında sənətsevərlərlə söhbəti davam etdirdi, onların suallarını cavablandırdı. Sonda sənətşünas Eldəniz İbrahimovun Təbriz Abdullayevin yaradıcılığına həsr olunmuş və 3 dildə çap olunmuş "Obrazlar və gerçəkliklər" kitabı da tamaşaçılara təqdim olundu.
Sərgi noyabrın 30-dək davam edəcək.

{nl}

R.TAHİR, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında