Tbilisi şəhərinin meri İçərişəhərlə tanış olmuşdur

Noyabrın 28-də Tbilisi şəhərinin meri Qiqi Uqulava İçərişəhərlə tanış olmuşdur. 
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AzərTAc-a bildirmişlər ki, qonağa UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə məlumat verilmiş və gəzinti yaxınlıqdakı Sıratağlı dini memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıqla davam etmişdir.
Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Qiqi Uqulava təndir çörəyinə qonaq edilmişdir.
Daha sonra nadir memarlıq incisi olan "Şirvanşahlar Sarayı Kompleksi"ndə olan Tbilisi merinə Azərbaycanın qədim dövlətçilik tarixi və kompleksin inşaat-memarlıq xüsusiyyətləri ilə bağlı ətraflı məlumat verilmişdir. Kompleksə daxil olan saray binasında sərgilənən rəsmlər və tarixi əşyalar qonağın marağına səbəb olmuşdur.
Sonda Tbilisi şəhərinin meri yeni bərpa olunmuş "Kiçik Karvansara" abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi - "İncəsənət Bağı"nda olmuş və burada "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında