"Tahir Salahovun xalça dünyası" kataloqu çap edilmişdir

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin təşəbbüsü ilə "Tahir Salahovun xalça dünyası" kataloqu çap edilmişdir. Kataloqda görkəmli fırça ustasının fitri istedadı haqqında ətraflı məlumat verilmişdir. 
AzərTAc xəbər verir ki, muzeyin direktoru, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva kataloqda böyük rəssamın əsərlərinin ifadə tərzini diqqətə çatdıraraq yazmışdır: "Sənətkar əsərlərini kətan üzərinə həkk edərkən sadəcə göz oxşayan, cəlbedici görünüşə deyil, daha çox əsərinin fəlsəfə ideologiyasının tamaşaçı tərəfindən qavramasına üstünlük verir".
T.Salahovun portret yaradıcılığından söz açan R.Tağıyeva vurğulamışdır ki, rəssamın şah əsərlərindən biri müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin portretidir.
R.Tağıyeva rəssamın yaratdığı əsərlərinin ilmələrlə xalça üzərinə köçürülməsi nəticəsində ərsəyə gətirilmiş xalça-interpretasiyalar üzərində xüsusilə dayanmışdır. Nəzərə çatdırmışdır ki, belə xalçaçı rəssamlar T.Salahov yaradıcılığının bədii mahiyyətini, onun fantaziyasının sirlərini açıb göstərməyə, ötən əsrin ortalarında realizmə cəsarətli çağırışla uyğunlaşan bədii irsə yanaşma tərzini dərk etməyə müvəffəq olmuşlar. Bu xalçalarda haşiyə ilə ara sahə, kolorit və ornamentasiya mənalı vəhdət təşkil edir.
Təqdim olunmuş kataloqda tanınmış xalçaçı-rəssamlar tərəfindən toxunulmuş xalçaların təsvirləri əks olunmuşdur.
Kataloqun Naxçıvan şəhərində təqdimatı olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında