İçərişəhərlə tanışlıq

Azərbaycanda rəsmi səfərdə olan Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer oktyabrın 12-də İçərişəhərlə tanış olmuşdur. 
Ali qonağa UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri var və bunlar qorunub saxlanılır.
"Qız qalası" rəsm qalereyası ilə tanışlıq zamanı alı qonağın diqqətinə çatdırıldı ki, bir neçə gün bundan öncə burada avstriyalı iki rəssamın əsərlərindən ibarət sərgi açılmışdır. Qalereya dünyanın tanınmış rəssamları ilə əməkdaşlığa ciddi önəm verir.
Daha sonra Avstriya Respublikasının Federal Prezidenti Qız qalası ilə tanış oldu. Ali qonağa Qız qalasının tarixi, arxitektura quruluşu haqqında məlumat verildi, bildirildi ki, hazırda bu qədim abidənin muzey konservasiyası işlərinə başlanılmışdır.
Cümə məscidi, XVII əsrə aid ikimərtəbəli karvansara və burada fəaliyyət göstərən Muğam Teatrı ilə tanışlıq da ali qonaqda xoş təəssürat yaratdı.
Daha sonra Haynts Fişer Kiçik karvansaradakı Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət mərkəzində - "İncəsənət bağı"nda oldu.
Avstriya Respublikasının Federal Prezidenti "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq ali qonağa hədiyyə təqdim edildi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında