"Yevrovizion"da Azərbaycan təmsilçisinə səs verin"

İstanbulda fəaliyyət göstərən türk dünyasının tək və ortaq telekanalı "Türk Musiqi Birliyi" (TMB) bu çağırışla builki Avropa musiqi telemüsabiqəsində Azərbaycanın təmsilçisi Safura Əlizadəyə dəstək kampaniyasını davam etdirir.
Bu barədə müxbirimizə məlumat verən telekanalın xarici əlaqələr müdiri, həmyerlimiz Nazilə Abbaslı bildirmişdir ki, "Türk Musiqi Birliyi" 1 aydan artıqdır ki, Azərbaycan sənətçisi Safura Əlizadəyə türk dünyasının musiqisevərlərinin dəstəyini qazandırmaq üçün geniş tanıtma kampaniyasına başlamışdır. Sutka ərzində yayımlanan kanalda hər 2 saatdan bir Safuranın reklam diski nümayiş etdirilir. Mayın 15-də isə TMB telekanalın Almaniya təmsilçisinin bu ölkədə Safura Əlizadədən aldığı geniş müsahibəni də hər 2 saatdan bir yayımlamışdır.
N.Abbaslı bildirmişdir ki, son illərdə beynəlxalq aləmdə Azərbaycan və Türkiyə yarışmaçılarının ortaq maraqlardan çıxış etməsi, hər iki ölkə sənətsevərlərinin onları fəal dəstəkləməsi sənətçilərimizin uğurlarına layiqli kömək olmuşdur. Keçən il Azərbaycan təmsilçisi Aysel Teymurlunun "Yevrovizion" yarışmasında üçüncü yerə çıxması buna parlaq misaldır.
Türk dünyası ilə yanaşı, dünyanın hər yerində baxılan TMB kanalı builki təmsilçi Safuranı geniş tanıtmaq və ona dünyada lazımi dəstək qazandırmaq üçün bundan sonra da rəngarəng və ardıcıl kampaniya aparacaq. TMB Azərbaycan musiqisinin hər uğurunu türk dünyası müsiqisinin nailiyyəti hesab edir və bu yöndə təmənnasız köməyini bundan sonra davam etdirəcək.

{nl}

R.TAHİR. "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında