Azərbaycanda antik dövrə aid yaşayış yeri aşkar olunmuşdur

Azərbaycanın Salyan rayonunun Çuxanlı kəndi ərazisində Ələt-Astara magistral yolunun çəkilişi ilə əlaqədar Babazanlı karxanasından torpaq daşınarkən qədim yaşayış yerinin izlərinə rast gəlinib. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Arif Məmmədov məlumat vermişdir.
Onun sözlərinə görə, artıq həmin ərazidə arxeoloji kəşfiyyat və qazıntı işlərinə başlanılıb. İlkin müşahidələr ərazidə antik və ilk orta əsrlər dövrünə aid olan yaşayış yeri, qəbiristanlıqların olduğunu göstərir. Ərazidə I-III əsrlərə aid küp qəbirlər aşkar edilsə də, onların çoxu torpaq daşınarkən dağıdılıb.
Hazırda tədqiqatların davam etdiyini deyən A.Məmmədov Salyan rayonunun ərazisində antik dövrə aid yaşayış yerlərinin olmasını təbii sayır.
"Antik dövr müəllifi olan Strabon da öz məlumatında gəmiçiliyə yararlı olduğu üçün Kür çayı boyunca iri yaşayış məntəqələrinin salınmasını qeyd edib. Salyan toponiminin adından da göründüyü kimi, bu ərazi gəmilərin yan aldığı və yüklərin boşaldığı ərazidir. Ərazi həm də Dərbənddən Ərdəbilə doğru istənilən ticarət karvan yolunun üzərində yerləşir. Bu da onun əhəmiyyətini daha da artırmışdır".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında