Naxçıvan MR Ali Məclisi Aparatının kollektivi Dövlət Tarix Muzeyində olmuşdur

Beynəlxalq Muzeylər Günü münasibətilə Naxçıvan Muxtar Respublikasında da bir sıra tədbirlər keçirilmişdir.
Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov və Ali Məclis Aparatının kollektivi mayın 18-də Naxçıvan Dövlət Tarix Muzeyində olmuşdur.
Muzeyin fondunda və ekspozisiyasında Azərbaycanın tarixi keçmişi və bu günü ilə bağlı 10 şöbəni əhatə edən 35 mindən artıq maddi-mədəniyyət abidəsi qorunub saxlanılır və nümayiş etdirilir.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov muzeyə baxdıqdan sonra demişdir:
-Muzeylər bizim tariximizi, mədəniyyətimizi özündə qoruyub gələcəyə daşıyır. Azərbaycanda muzey işi ötən əsrin 20-ci illərindən sonra başlansa da, muzey şəbəkəsi 1970-ci illərdə quruldu. Rayonlarda tarix-diyarşünaslıq muzeyləri, şəxsiyyətlərə, mütəfəkkirlərə aid muzeylər yaradıldı. Bütün bunlar ulu öndərin adı ilə bağlıdır. Bu gün isə Prezidentin sərəncamları ilə muzey işinin təkmilləşdirilməsi, muzeylərin təmir-bərpa işləri həyata keçirilir. Lakin iş muzeylərin yaradılması ilə bitmir, onların daim zənginləşdirilməsinə, tamaşaçıların muzeylərə cəlb olunmasına da ciddi diqqət yetirilməlidir. Bunun üçün isə tez-tez açıq qapı günlərindən, televiziya təbliğatından geniş istifadə olunmalıdır. Muzeylərin təşkilatlarla və məktəblərlə əlaqəsi genişləndirilməli, açıq dərslərin keçilməsi təmin edilməlidir. Təşkilat rəhbərləri işi elə qurmalıdırlar ki, kollektivlər ayın bir gününü tariximizin, mədəniyyətimizin qorunduğu, nümayiş olunduğu yerlərə getsinlər. Çünki ilk növbədə, özümüz öz tariximizi öyrənməli və onu təbliğ etməliyik. Muxtar respublikaya tez-tez xarici qonaqlar, nümayəndə heyətləri gəlir. Onlar mütləq bizim tarixi yerlərimizə aparılmalıdırlar. Əlamətdar və tarixi günlərdə muzeylərlə əlaqə daha da artırılmalıdır. Muzey işinə ciddi fikir verilməlidir.
Ali Məclisin sədri son illər muxtar respublikada bütövlükdə sovet dövründəki qədər muzey yaradıldığını bildirərək demişdir ki, bunlar sadəcə muzey yaratmaq naminə görülmüş işlər deyildir. Bu işlər ona görə görülür ki, o muzeylərdə bizim tariximiz toplansın, öyrənilsin və gələcək nəsillərə çatdırılsın.
V.Talıbov Beynəlxalq Muzeylər Günü münasibətilə muxtar respublikanın bütün muzey işçilərini təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında