"Məhv olmuş gündəliklər" tamaşasının premyerası müvəffəqiyyətlə keçmişdir

Sentyabrın 25-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində xalq yazıçısı İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olmuşdur.
Teatrın 84-cü mövsümdə ilk premyerası olan bu tamaşanın quruluşçu rejissoru xalq artisti Vaqif Əsədovdur. Tamaşanın tərtibatı da rejissorun özünə məxsusdur. Səhnə əsərinin musiqi tərtibatçısı Mixail Simanovski, rejissor assistentləri isə Sona Mustafayeva və Elnur Kərimovdur. Rəqslərin quruluşunu Nicat Kazımov vermişdir.
Yeni səhnə əsərində əsas rolları əməkdar artist Şövqi Hüseynov, aktyorlar Şəfəq Əliyeva, Nəsibə Eldarova, Rasim Cəfərov, Elnur Kərimov, Nicat Kazımov, Elşən Rüstəmov və başqaları ifa etmişlər.
İkihissəli psixoloji dram tərtibatı, yeni quruluş və aktyor ifaları ilə diqqəti cəlb etmişdir. Tamaşa saf məhəbbətin qurbanı olan gənc qızın həyatından və onunla bərabər öz istəklərinə qovuşmayan, taledən uzaq qaça bilməyən insanlardan bəhs edir. Tamaşada səslənən bütün musiqiləri aktyorların özləri canlı ifa etmişlər.
İ.Əfəndiyevin əsərləri arasında 1969-cu ildə qələmə aldığı "Məhv olmuş gündəliklər" pyesinin öz yeri vardır. Böyük tamaşaçı sevgisi qazanmış bu pyes zaman-zaman ən baxımlı səhnə əsərlərindən biri kimi müəllifinə şöhrət gətirmişdir.
Heç də təsadüfi deyildir ki, bu əsər hələ 2002-ci ildə Gənc Tamaşaçılar Teatrının rus bölməsinin aktyorlarının ifasında hazırlanmış və geniş tamaşaçı marağına səbəb olmuşdur. Yaradıcı kollektiv bu tamaşa ilə Moskva vilayətinin Dmitrov, Taldom və Dubna şəhərlərində uğurla çıxış edərək Rusiya teatr mütəxəssislərinin və tamaşaçılarının diqqətini cəlb etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında